Bakı Qida Sənayesi Kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir.Əvvəlki adı Bakı Yeyinti Sənaye Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır.
İxtisaslar
- Peşə təlimi;
- Hüquq mühafizə fəaliyyəti;
- Dizayn;
- Maliyyə işi;
- Menecment;
- Gömrük işi;
- Marketinq;
- Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət;
- Əmtəəşünaslıq və istehlak mallarının ekspertizası;
- İaşə məhsullarının texnologiyası;
- Qida sənayesi, iaşə və ticarət sistemində sanitar gigiyena təhlükəsizliyi;
- Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə;
- Turizm və onun təşkili.