Five Star Təhsil Mərkəzi Təsisçi və Direktor Yamil Əsgərovun ideyası əsasında 2014-cü ildə yaradılıb. Təhsil Mərkəzinin yardılmasıda məqsəd Bakı şəhərində yaşayan istedadlı şagird və tələbələri aşkar edib, onları layiqli vətəndaş kimi formalaşdırmaqdır. Təhsil Mərkəzinin fəaliyyəti ölkəmizin intellektual potensialını artırmaq, xüsusi qabiliyyəti və istedadı olan uşaqlardan gələcək də peşəkar kadrlar yetişdirmək məramı ilə başlamışdır. Hər il yüksək göstəricilər əldə etməsi ilə ictimaiyyətin diqqətini cəlb edən Təhsil Mərkəzimiz bir çox mükafatlarla təltif olunmuşdur.
Five Star Təhsil Mərkəzinin əsas vəzifəsi istedadlı şagird və tələbələrin təbii imkanlarını inkişaf etdirmək, onlara elmin əsaslarını öyrətmək, fiziki, əqli, intellektual imkanlarını, meyl, maraq və idrak qabiliyyətlərini nəzərə alaraq onların şəxsiyyətini formalaşdırmaq, ümumi mədəniyyətə malik, milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək, müstəqil və demokratik Azərbaycan Respublikasının inkişafı naminə Fədakarlıqla çalışan ləyaqətli vətəndaş tərbiyə etməkdən ibarətdir.
Five Star Education müasirlik, peşəkarlıq və keyfiyyəti əsas tutaraq təhsildə və digər xidmətlərində yenilikləi tətbiq edən, operativliyi, dəqiqliyi əsas götürən bir şirkətdir. Five Star MMC-in missiyası optimal müasir texnologiyanı tətbiq etməklə, dünyadakı yenilikləri izləyərək onlardan səmərəli şəkildə istifadə etmək və bunun əsasında beynəlxalq standartlara uyğun bir sistem qurmaqdır.