Klinikamızın əsas məqsədi hamiləlik dövründə qadın səhhətinə, hamiləliyin gedişinə , hamiləlikdən sonrakı vəziyyətə nəzarət olunması və vaxtında ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsidir. Eyni zamanda bizim klinikada qadın sonsuzluğu problemləri də uğurla həll olunur.
Tibbi personalın yüksək səviyyədə hazırlığı, klinikanın kifayət qədər avadanlıqla təchiz olunması, diaqnostika və müalicə texnologiyalarının düzgün seçimi və riayət olunması hamiləyin uğurla keçməsinin və zəruriyyət yarandıqda müalicənin varaxtında aparılmasının təminatıdır.
Hal-hazırda Family Medical Center klinikasında terapevt, ginekoloq, USM həkimi və genetik tərəfindən qəbul aparılır.Ultrasəs müayinələr tam General Electric Voluson E8 ekspert sinifindan olan rəqəmsal çoxhədəfli ultrasəs sistemində aparılır. Bu sistemin imkanları informativliyin yeni səviyyəsi haqqında söz açmaq imkanını verir.Həkim-genekoloqlarımız Respublikanın aparıcı məsləhətxanaları və xəstəxanalarında toplanan böyük praktiki təcrübəyə malikdirlər. Burada qadınları narahat edən problemlər diqqətlə dinlənilir və onların aradan qaldırılması üçün maksimal vasitələr təklif olunur.
Siz bizim ginekoloqlara hamilələyin müşahidəsi, iltihab xəstəlikləri, klimaks dövrünün problemləri və bir çox digər xəstəliklərin müalicəsini etibar edə bilərsiniz.Qəbul zamanı bizim həkim-genetik aşağıda göstərilən məsələləri həll edir:
Bizim həkim-terapevt səhhətin vəziyyəti anamnezini tərtib edib, xroniki və irsi xəstəliklərinin mövcudluğunu (və ya yoxluğunu) aşkar edib dəqiqləşdirəcək. Belə xəstəliklər mövcud olduğu təqdirdə, həkim-terapevt onların ağırlıq dərəcəsini və hamiləliklə uyğunluğunu müəyyən edir. Ehtiyac olduğu təqdirdə, həmin sahə üzrə ixtisaslaşmış mütəxəssisin müalicə və müayinəsi təyin olnur. Həkim-terapevtin qəbulu zamanı, qadın gidalanma, istirahət, rejim, idman və şəxsi gigyena haqqında onu maraqlandıran bütün suallarını verə bilər.Labaratoriya analizlərin geniş spektrini təklif edir. Biz analizlərimizin keyfiyyətinə xüsusi önəm verib, labarator müayinələrin bütün mərhələlərini nəzarətdə saxlayaraq təhlil edirik.