FaceMark xəritədə

FaceMark

Bakı, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 2/74 AZ1000 *** 2 səs

FaceMark haqqında

Facemark.az da bir-birindən fərqli, yaradıcı bölmələrlə fərqlənirik. VAR adlı bölmələrin içində DƏRKETİNG ana bölməsinin içində bu işdə bir niş var, fmr sorğu, digimark, ecolife kimi yeni və fərqli mövzular yer alır. Bu işdə bir niş var bölməsi bazarda hələ tutulmamış niş sahələrin özəlliklərindən bəhs edir. Digimark - digital marketinq aləmində baş verənlər, fmr sorğu - facemarkın keçirdiyi sorğu, araşdırmalar, ecolife isə marketinq və biznes jurnalı olan EcoLife dərgisinin materiallarıdır.

Azərbaycan merketinqi

Marketinq həm də ətrafda baş verənləri dərk prosesi olduğundan ana bölməmizi dərketing adlandırdıq. Ordan-burdan ana bölməsində isə marketinqə aid dünyada baş verənlər qeyd olunur. Daha Nələr ana bölməsi də oxuyucular üçün çox maraqlı ola biləcək sahələri əhatə edir. Bu ana bölmənin içində Brandmarker, Buna Bir Adver, Yazırlar, BlogAİR, Vakansiyalar, Partnyorlar adlı bölmələr var. BrandmarkerBoğaziçi Universiteti ilə birgə əməkdaşlığımız sayəsində hər il Azərbaycanlı iştirakçıların Türkiyədəki konfransda iştirakı üçün yaradılıb. Buna bir adver yerli bazarda marketinqə aid baş verənləri əhatə edir.

Azərbaycanda Praktiki Marketinq Təlimləri

Yazırlar isə facemark.az-da yazar qismində iştirak edənlərin yazılarının qeyd olunduğu bölmədir. Vakansiyalarda marketinq, reklam sahəsilə əlaqəli boş vakansiyalar, BlogAİR-də hər il keçirilən Milli Bloq yarışmasının məlumatları,Partnyorlar-da isə facemark.az-ın partnyoru olduğu yerli və xarici reklam festivalları haqqında məlumat var. Bundan əlavə saytımızın digər mühüm özəlliyi isə tələbələr üçün xüsusi böyük bir bölmənin olmasıdır. E-tələbə adlı bu bölmədə kurs işləri, referatlar, dissertasiya işləri, e-kitablar, faydalı linklər və s. tədris xarakterli məlumatlar yer alır. Saytımız həm də təcrübə keçmək istəyən tələbələr üçün əsl keçid rolunu oynayacaqdır.

Marketing AİR

Azərbaycanın ən məşhur univeristetləri ilə partnyorluq müqavilələri imzalanaraq şirkətlər və tələbərlərin ortaq görüşlərinin təşkil olunması da planlarımıza daxildir. Vakansiyalar bölməsi vasitəsilə şirkətlər və birbaşa işə qəbul olmaq istəyənlər arasında əlaqənin yaradılmasında da yaxından iştirak etməyi düşünürük. Marketing AİR - Azərbaycanda Praktiki Marketinq Təlimləri olaraq Facemarkın layihəsi olaraq fəaliyyət göstərir. Dinləyicilərlə marketinq haqqında nəzəri və praktiki bilikləri paylaşır. Seçilmiş Xəbərlər bölməsində isə oxuyucular üçün daha faydalı hesabt etdiyimiz xəbərləri paylaşırıq. Əsasən şəxsi inkişaf, NLP və digər mövzuları əhatə edir. Sonda saytın ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin hörmət və ehtiramlarımızı çatdırırıq.