Fabrika Kovorkinq Mərkəzi xəritədə

Fabrika Kovorkinq Mərkəzi

Bakı, Nəsimi rayonu, Nizami küçəsi, 92 AZ1010 *** 1 səs

Fabrika Kovorkinq Mərkəzi haqqında

Fabrika Kovorkinq Mərkəzi Azərbaycanda, Bakı şəhərin mərkəzində, Dəmir Yol Vağzalın və bulvarın iki addımlığında yerləşir. Biznes insanları və fərdi sahibkarlar üçün 200 m² iş sahəsi, toplantı otaqları, tədbirlər üçün zalları ilə, keçmiş Ayyaqabı Fabrikasın ərazində yerləşən, məkandır.

Kovorkinq nədir?

Kovorkinq (ingiliscə coworking - birgə çalışanlar) – bu bir iş modelidir, hansında iştirakçılar müstəqil və azad qalaraq, öz fəaliyyəti üçün ümümi sahəni istifadə edirlər. Əsasən, kovorkinq frilanserlər, tərcüməçilər, proqramçılar, dizaynerlər və yeni başlamış sahibkarlar arasında populyardır. Kovorkinq evdən iş və ayrıca ofisin istifadəsi arasında bir orta yer tutur.Eləcə də, birgə iş üçün ayrıca bir məkana kovorkinq deyirlər.

Fabrika Kovorkinq Mərkəzi

“Fabrika” Bakı şəhərinin mərkəzində işgüzar rayonunda yerləşən yeni iş sahəsidir. Bu darıxdırıcı ofis sahələrindən bezən, kafelərdə fikrini toplaya bilməyən və evdə ayrıca oturub işləməyi sevməyənlər üçün yeni bir nəfəsdir. Fabrika Kovorkinq Mərkəzi Sizə ofisdən gözlədiyiniz istənilən şəraitlə yanaşı, kreativliyinizi artıracaq və sizi ilhamlandıracaqmüştərək iş mühitini təklif edir. “Fabrika” sizin müxtəlif sahələrdə ixtisaslaşmış insanlarla tanışlıq mərkəziniz, yeni biznes ideyaları yaradacağınız məkan və müştərilərlə görüşəcəyiniz yerdir.