Fabi xəritədə

Fabi

Bakı, 28 May küçəsi, Nəsimi rayonu, 10 AZ1000 *** 2 səs

Fabi haqqında

Hələ 1965-ci ildə ayaqqabı istehsalının mərkəzi sayılan Marke bölgəsinin Monteqranaro qəsəbəsində Fabi ailəsi yüksək sənətkarlıq etikasına əsaslanan biznesi qurmuşdur. Elizio və Enriko qardaşlarının, habelə onların həyat yoldaşları Cina və Vilianın təcrübəli əlləri kişi ayaqqabısının ilk modellərini hazırlamağa imkan vermişdir. Klassik və eleqant üslub və materialların əla keyfiyyəti dərhal Fabi markasının fərqli cəhətinə çevrilmişdir.

Fabi markası

Artıq yarım əsr olar ki, Fabi markasının adı kişi və qadınlar üçün yüksək keyfiyyətli ayaqqabılar ilə bağlıdır. Bu, brendin çoxdankı sənətkarlıq ənənəsinə yeni dizayner ruhu qatmış Fabi ailəsinin gənc nəslinin iştirakı ilə həyata keçirilən ultramüasir biznesdir. Fabinin indiki mənzil-qərargahı 2004-cü ilin dekabrında Monte-San-Qustoda açılmışdır və 15000 kv.m ərazini əhatə edir. Bu, bir yerdə işləmək üçün kifayət qədər ərazisi və gözəl bağlı yaşıllıq zonası olan əsrarəngiz, dinamik və müasir iş yeridir. Bizim alıcılarımız öz seçimlərində əmin olan, gözəl ayaqqabını qiymətləndirmək və İtaliyada istehsal olunmuş – Fabidə istehsal olunmuş incə detallarda məhəbbəti hiss etmək bacarığına malik olan zərif zövqlü insanlardır.