Faber peşəkar yuyucu vasitələri - müxtəlif avadanlıqların, səthlərin, o cümlədən CİP (Clean In Place) sistemlərinin tez və etibarlı səviyyədə yuyulması və dezinfeksiyası üsuludur. İnnovasion xidmətlər və üsullar müxtəlif sahələri əhatə edir - xidmət sahəsindən başlamış qida sənayesinə, tibb müəssisələrindən başlamış peşəkar camaşırxanalara qədər. "FaberChemical&Medicine" şirkətinin əsas iş prinsipi - yüksək xidmət səviyyəsi, beynəlxalq standartlar (ISO 9001:2000 / 14000:2004 и OHSAS 18001) və yüksək keyfiyyətdir. Şirkət hər müştəri üçün ayrılıqda yuyucu və dezinfeksiya vasitələrinin münasib istifadə proqramı, peşəkar təmizlik avadanlığı və müasir texnologiyalar təklif edir.
Hər müəssisənin, yerli şəraitinin və tələblərin xüsusiyyəti nəzərə alınmaqla şirkətin mütəxəssisləri daha təsirli preparatlar seçir, onların istifadəsinə aid tövsiyyələr hazırlayır, işçi heyətini təlimatlandırır, məlumat dəstəyi göstərir (preparatların təsviri, istifadə və təhlükəsizlik qaydaları - MSDS)Peşəkar vasitələrin və təmizlik avadanlığının istifadə edilməsi yuyulmanın keyfiyyətini yaxşılaşdırır, vaxt və əmək sərfiyyatını azaldır, kimyəvi vasitələrin avadanlığa təsirini azaldır və bir nəticə olaraq, hazır məhsulun keyfiyyətini, texnoloji avadanlığın xidmət müddətini artırır. Faberkimya şirkətinin vəzifəsi - alıcının təmizliyin keyfiyyətinə qarşı bütün tələbləri və arzularını nəzərə almaqdır.