Nəsimi Rayon Icra Hakimiyyəti xəritədə

Nəsimi Rayon Icra Hakimiyyəti

Bakı, Nəsimi rayonu, Bakıxanov küçəsi, 643 AZ1022 *** 1 səs

Nəsimi Rayon Icra Hakimiyyəti haqqında

Nəsimi rayonu 1969-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır.Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 9 kvadrat kilometrdir. 1999-cu ildə keçirilmiş əhalinin ilk milli siyahıya alınmasının nəticələrinə görə, rayonun daimi əhalisi 196 min nəfər olmuşdur. Hazırda əhalinin sayı 202 073 nəfərdir. Nəsimi rayonu Xətai, Nərimanov, Binəqədi, Yasamal və Səbail rayonları ilə həmsərhəddir.Rayonda Nəsimi Bələdiyyəsi fəaliyyət göstərir.

Paytaxtın mərkəzində yerləşməsi rayonun sosial-iqtisadi, mədəni inkişafına müsbət təsir göstərmişdir. Hazırda rayon ərazisində 10-dan artıq istirahət parkı vardır.Nəsimi rayonu təhsil müəssisələrinin sayına görə də paytaxtda birincidir. Dövlət ali məktəblərinin 5-i bu rayonda fəaliyyət göstərir. Rayonda onlarla ümumtəhsil məktəbi və uşaq bağçası vardır.Paytaxtdakı mühüm səhiyyə ocaqlarının da əksəriyyəti Nəsimi rayonunun ərazisində yerləşir. Burada çoxlu sayda elmi-tədqiqat tibb institutu, klinik xəstəxana, doğum evi və poliklinika fəaliyyət göstərir.

Nəsimi Rayon İcra Hakimiyyətinin fəaliyyəti

Nəsimi Rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına müvafiq olaraq həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 2-ci maddəsinə uyğun olaraq Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şura fəaliyyət göstərir.

İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə Rayon İcra Hakimiyyəti başçısının sərəncamları verilir. Şura işini təsdiq olunmuş iş planına əsasən qurur.