Evrika Tədris və Inkişaf Mərkəzi xəritədə

Evrika Tədris və Inkişaf Mərkəzi

Bakı, Nərimanov rayonu, Ülvi Bünyatzadə küçəsi, 2 AZ1000 *** 2 səs

Evrika Tədris və Inkişaf Mərkəzi haqqında

Azərbaycan Respublikası Təhsil Nazirlinin müvafiq əmrinə əsasən milli və ümumbəşəri dəyərləri özündə əks etdirən, müasir, keyfiyyətli və sistemli təhsilin inkişafı məqsədilə 2010-cu ildə Evrika liseyi adlı müasir təhsil müəssisəsi yaradıldı. Lisey 2012-2013 -cü tədris ilindən fəaliyyət göstərir. Liseydə I-XI sinif şagirdləri üçün Azərbaycan, rus, ingilis bölmələri üzrə təhsil sistemi qurulmuşdur. Evrika liseyi beynəlmiləl təhsil ocağıdır. Burada azərbaycanlı şagirdlərlə yanaşı, digər millətlərdən olan şagirdlər də təhsil alırlar. Liseydə onların hərtərəfli təhsil alması üçün bütün şərait var. Liseydə xarici dillərdən rus dili, ingilis dili, fransız dili, alman dili bu sahədə ixtisaslaşmış müəllimlər tərəfindən tədris olunur, bu da imkan verir ki, bu təhsil müəssisəsində digər millətlərin nümayəndələri də təhsil alsın. Şagirdlərimiz Azərbaycanın uğurlu gələcəyidir.