Evrascon xəritədə

Evrascon

Bakı, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 8 AZ1000 *** 1 səs

Evrascon haqqında

Evrascon ASC körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşmışdır.«Evrascon » ASC Azərbaycanın yeganə çoxprofilli şirkətidir.Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» (keçmiş “Azərkörpü”) 1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış «Körpütikintidəstəsi-100» kimi başlamışdır. 2001-ci ildə keçirilmiş özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu almışdır. 2013-cü ildə "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətində keçirilmiş rebrendinq nəticəsində şirkət öz adını Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» adı ilə əvəz etdi. İşlərin yüksək keyfiyyəti və ən mürəkkəb layihələri öhdəsinə götürmək hazırlığı sayəsində, "EVRASCON" korporasiyası müxtəlif ölkələrdə özünü yaxşı tanıtdı ki, bu da adının daha universal bir adla dəyişdirilməsinə səbəb oldu. Fəaliyyət müddəti ərzində korporasiya həm Azərbaycanda, həm də ölkə xaricində müxtəlif obyektlərin tikintisi sahəsində böyük təcrübə qazanmışdır.Azərbaycanda ilk dəfə 2007-ci ildə "EVRASCON" korporasiyası tərəfindən qabaqcadan gərginləşdirilmiş dəmir-beton aşırım qurğusundan istifadə etməklə körpü tikilmişdir. 2009-cu ildə isə qabaqcadan gərginləşdirilmiş dəmir-beton aşırım qurğusundan istifadə edərək respublikamızda dayaqlarının hündürlüyü 34 m təşkil edən ən hündür körpü inşa etmişdir.Bu gün, Azərbaycanın nəhəng inşaat meydançasını xatırlatdığı bir dövrdə, çox sahəli ixtisaslaşdırmaya malik olan Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» ölkədə genişmiqyaslı tikinti işlərində bilavasitə iştirak edən ən böyük şirkətlərdən biridir. Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON»-un tarixi ölkəmizin regionlarının inkişafıyla və nəqliyyat və hidrotexniki tikintilərin dayaq şəbəkəsinin tikintisiylə çox sıx bağlıdır. “EVRASCON” ASC körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşmışdır. Azərbaycanda fəaliyyət göstərən çox sahəli şirkətlərdən biri olaraq, "EVRASCON" korporasiyası ölkənin çox sürətli inkişafına öz töhvəsini verərək iqtisadiyyatın müxtəlif sahələrdində bir sıra əhəmiyyətli layihələr həyata keçirir. Bundan başqa, şirkət inşaat və montaj işlərində xaricdə fəal iştirak edir. Bu ölkələr sırasına Qazaxıstan, Rusiya, Ukrayna, Özbəkistan, Moldova, Türkiyə aiddir. Bizim şirkətimizin filialları Qazaxıstan, Rusiya, Ukrayna və Türkiyə kimi böyük ölkələrdə fəaliyyət göstərir. Bizim korporasiyamızın sifarişçiləri həm daxili, həm də xarici şirkətlərdir. Bunlar «Azəryolservis» ASC, «Meliorasiya və su təsərrüfatı» ASC, Azərbaycan Dövlət Dəmir Yolu, Azərbaycan ərazilərin bərpası və yenidən qurulması üzrə agentlik, «Ukravtodor», BP, BTC (Bakı-Tbilisi-Ceyhan), Tecfen, Petrofac, Technip, Washington International Ink., Keppel (Qazaxstan LLP, Qazaxstan Beynəlxalq Dəniz Limanı) və s.-dir.“EVRASCON” ASC Dünya Bankı, Avropa Bərpa və İnkişaf Bankı, Avropa Komissiyası, İslam İnkişaf Bankı və TACİS proqramları kimi tanınmış beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsində iştirak edir. Korporasiyanın personalı 5800 nəfərdən artıqdır. Xarici filiallarda isə personalın sayı 2000 nəfər təşkil edir. Onlar həm Azərbaycanda, həm də ölkə xaricində ən məsul tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi üçün cəlb olunan müxtəlif profilli yüksək ixtisaslı mütəxəssislərdir.Yerinə yetirilən işlərin yüksək keyfiyyəti, dünya tikinti texnikasının ən yaxşı nümunələri, tikinti sahəsində son nailiyyətlər, təcrübəli çoxprofilli personal - bu gün Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC Sizə bunları təklif edə bilər.Bundan başqa, şirkətdə gənc kadrların hazırlanması və korporasiyanın texniki bazasının ən müasir avadanlıqla təmin olunması üzrə daimi olaraq fəal işlər aparılır.Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdırmaq və ölkənin iqtisadi inkişaf yolu ilə irəliləməsinə kömək etmək üçün əlindən gələni edir.