Evakuasiya.az xəritədə

Evakuasiya.az

Bakı, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 8 AZ1000 *** 7 səs

Evakuasiya.az haqqında

“Evakuasiya.az” MMC Azərbaycanda tam həcmli Yollarda Yardım Xidmətindən (Roadside Assistance) ibarət fəaliyyəti olan bir şirkətdir. Şirkət əvvəlcə 2011 – ci ilin yanvar ayından avtomobil sürücülərinə evakuasiya xidmətlərini təqdim edirdi. Onun fəaliyyət zonası bütün Azərbaycanı əhatə edirdi. 2011 – ci ilin Mart ayından, 156 qaynar xətti sayəsində, şirkət sürücülərə sutka ərzində 24 saat xidmət həyata keçirə bildi, 2011 – ci ilin sentyabr ayından isə ISO001:2008 beynəlxalq keyfiyyətin idarə olunması standartına dair sertifikat ala bildi. Şirkətin yollarda yardım xidməti çərçivəsində müştərilərinə təklif etdiyi xidmətlərə evakuasiya xidməti, yolda təmir xidməti, “Alternativ avtomobil” (Courtesy) və “Ayıq sürücü” xidməti aiddir. Şirkət, bütün respublikanı əhatə edən 13 dislokasiya nöqtələrinə malikdir ki, bunun vasitəsi ilə yollarda yardım xidmətini həyata keçirir, eyni zamanda Bakının 21 nöqtəsində və Abşeron yarımadasında xüsusi texnika yerləşdirilmişdir. Yollarda yardım xidmətinə iki mühüm yerləşdirmə prinsipləri rəhbərlik edir: 45 – 60 dəqiqə ərzində Azərbaycanın istənilən nöqtəsinə çatma və 15 – 20 dəqiqə ərzindı Abşeron yarımadasının istənilən nöqtəsinə çatma. Aşağı tarif, bütün Azərbaycan üzrə sutkalıq xidmət, daşınan avtomobillərin təhlükəsizliyinə görə cavabdehlik və etibarlı zəmanət, geniş miqyaslı avtopark, keyfiyyətə ciddi nəzarət sistemi sayəsində, şirkət beynəlxalq bazar rəqabətinə yiyələnmişdir. “Evakuasiya.az” MMC avropa şirkətləri ilə əməkdaşlıqdan yararlanaraq, öz yollarda yardım xidmətini beynəlxalq səviyyədə təqdim edir. Eyni zamanda, şirkət Almaniyanın böyük ADAC şirkətinin xüsusi partnyorudur ("Allgemeiner Deutscher Automobil Club").