EuroQest xəritədə

EuroQest

Bakı, Nəsimi rayonu, Ülvi Bünyatzadə küçəsi, 2 AZ1000 *** 1 səs

EuroQest haqqında

«EuroQuest» – Bakıda yeni əyləncə növüdür. Şirkətimiz sizə bir saatlıq unikal imkan verir ki, fərqli reallığa, maraqlı əhvalatlar, məntiqi məsələlər dünyasına qərq olasınız. «EuroQuest» – Bakıda reallıq kvestləridir.Siz komandanızla birgə bağlı otağa düşürsünüz. Məqsədiniz həmin otaqdan çıxmaqdır. Qapını açmaq üçün bütün sirləri və tapmacaları tapmalısınız. Bu elə də asan iş deyil, çünki otaqlar elektron tapmacalar, lazerlər, düymələr, sirlər, müxtəlif ötürücü və nəzarətçilərlə doludur. Və sizin cəmi 60 dəqiqə vaxtınız var.

EuroQuest Bakıda reallıq kvestləri

«EuroQuest» şirkətinin əsas vəzifəsi – sizdə müsbət emosiyalar yaratmaqdır, ona görə biz daim xidmətlərimizin keyfiyyətini artırmağa çalışırıq. Kvestlərdən birinə yazılmaq üçün sayt vasitəsilə və ya telefonla bəyəndiyiniz oyunu öncədən sifariş edin. Bizim operator sifarişi təsdiqləmək üçün sizinlə əlaqə saxlayacaq. 15 yaşadək uşaqlar oyuna yalnız böyüklərin iştirakı ilə buraxılırlar, 15 yaşdan böyüklər isə oyunlarda müstəqil iştirak edə bilərlər. Biz hər gün saat 13-00-dan 00-00-dək, bazar günləri isə 11-00-dan gecə saat 1-00-dək işləyirik.

  • 15 yaşdan yuxarı - Oyunçunun ən az yaşı – 15 yaş
  • 60 dəqiqə - Kvesti keçmək üçün komandanızın cəmi bir saat vaxtı var
  • Çıxışı tap - Məqsəd gizli yerləri tapıb, məntiqi məsələləri həll edib otaqdan çıxmaq
  • Əziyyətsiz - Tapşırıqların yerinə yetirilməsində heç bir kobud fiziki qüvvə işlədilmir
  • Təhlükəsizlik və genişlik - Artefaktlar təhlükəsizdir, otaqlar genişdir, təlim keçmiş operatorlar hər an sizin köməyinizə gələ biləcəklər
  • 2-4 nəfər - Kvestlərdə eyni anda 2-4 nəfər iştirak edə bilər