Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 22 noyabr 2001-ci il tarixli 102/li saylı əmri ilə yaradılmışdır.Departament, Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycanın və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri, o cümlədən vətəndaşlar tərəfindən ətraf mühit və təbii sərvətlərdən istifadə, həmçinin hidrometeoroloji və geoloji fəaliyyət zamanı mövcud qanunvericiliyin icrasına Dövlət tərəfındən operativ nəzarəti həyata keçirən üstün səlahiyyətli orqandır.
Ətraf Mühitin Mühafizəsi Departamenti ətraf mühit və təbii sərvətlərdən istifadə, həmçinin hidrometeoroloji və geoloji fəaliyyət sahəsində mülkiyyət və təşkilati-hüquqi formasmdan asılı olmayaraq bütün yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin icrasına nəzarət etməklə, ətraf mühit və təbii sərvətlərin mühafızəsini və qorunmasını təmin edir və bu sahədə Nazirlik qarşısında məsuliyyət daşıyır. Departament ətraf mühit və təbii sərvətlərdən istifadəyə nəzarət işində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən digər Dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir və onların fəaliyyətini əlaqələndirir, onların qaldırdığı məsələlərə dair müvafiq tədbirləri həyata keçirir.
Ətraf Mühitin Mühafizəsi Departamenti Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin fəaliyyətinə ümumi rəhbərlik edir, bu qurumların ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə nəzarət sahəsində işini tənzimləyir və təhlil edir, həmçinin onların fəaliyyətinə nəzarət edir.Departament təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəsissə və təşkilatlardan, ayrı-ayrı vətəndaşlardan Nazirliyin inzibati binalarında yerləşən növbətçi məntəqələrinə ünvanlanmış məlumatları qəbul edir və daxil olan məlumatların təhlil olunaraq, operativ qaydada aidiyyəti üzrə çatdırılmasını həyata keçirir və bu sahədə fəaliyyəti əlaqələndirir.