2008-ci ilin iyun ayından fəaliyyətə başlayan klinikamız estetik stomatologiya və implantologiya üzrə qurulmuşdur. ”Gözəllik sağlamlıqdan başlayır”prinsipi ilə yola çıxan klinikamız öz dəsti-xəttini qorumağa davam etməkdədir.Klinikamızda görülən işlərin tək hədəfi sağlamlıq olduğu üçün bütün işlərimiz yüksək ixtisaslı həkimlərin nəzarəti altında həyata keçirilir.Klinikamızda gigiyena və sterilizasiya qaydalarına xüsusilə diqqət yetirilir. Bu günə qədər klinikaya müraciət edən pasient sayındakı artış doğru yolda olmağımızın göstəricisidir.Estetik stomatologiya sahəsində klinikamızın göstərdiyi xidmət bizə müraciət edən pasientləri yüzdə yüz məmnun etməkdədir. Klinikamızda görülən işlərin keyfiyyəti və nəticəsi yüksək səviyyədə olduğu qədər,persanalın gülər üzü və pasientlərə göstərdiyi diqqət də çox önəmlidir.Xəstələrimizin məmnun qalmasını təmin etmək klinikamızın başlıca prinsipidir.
Klinikamızda hər bir xəstəyə fərdi ehtiyacları ilə əlaqədar olaraq müalicə planı tətbiq edilməkdədir. Beynəlxalq keyfiyyət standartlarına uyğun tibbi xidmət göstərmək və göstərdiyimiz bu xidmətdən xəstələri məmnun etmək bizdə xoşbəxtlik hissi yaradır. Çalışan kadrlarımızla birlikdə məqsədimiz sizə ən yüksək xidməti göstərmək və öz sahəmizdə öndə olmağı bacarmaqdır. Göstərdiyimiz tibbi xidmətlər ən son müalicə metodları və müasir tibbi avadanlıqlar vasitəsilə həyata keçirilir. Artıq 2012-ci ildən klinikamızda 3D dental volumetrik tomoqrafiya cihazı quraşdırıldı. Bu da Stomotoloji xəstəliklərin daha dəqiq diaqnostikasında və implant planlamasında bizə yardımçı olacaq. Klinikamızda xidmətin səviyəsini artırmaq məqsədilə VİP (Estetik Bərpa Mərkəzi) filialımızı yaratdıq.