ESS on map

ESS

Baku, Yasamal district, Jafar Jabbarlı street, 44 AZ1065 *** 1 voted

About ESS

Öz müştərilərinə minik avtomobilləri, yolsuzluq avtomobilləri, limuzinlər, mikro avtobuslar, idman maşınları, VIP klas avtomobillər təklif edən "ESS" şirkəti avtonəqliyyat icarəsində ixtisaslaşmışdır. Bundan başqa, şirkət motorlu qayıqla (katerlə) gecə gəzintiləri, eləcə də yaxta icarəsi təklif edir. Şirkət müxtəlif marka və modeldə kifayət qədər böyük avtomobil parkına malikdir. Bütün icarəyə verilən avtomobillər vaxtında texniki baxışdan keçirilir, bütün yol - nəqliyyat qəzalarından sığortalanır və etibarlılığın və təhlükəsizliyin tələblərinə yüksək cavab verir. Şirkətdə xidmət yüksək səviyyədə aparılır. Belə ki, bizim əməkdaşlar müştərilərə lazımi dəstək göstərir, bütün icarə xidmətini onlara izah edir. Daimi müştərilərə şirkətin xüsusi xidmətləri göstərilir. "ESS" şirkəti VIP avtomobillərlə VIP servis xidməti, Heydər Əliyev adına hava limanında VIP zal xidməti, oteldə yerləşdirilmə, rus, ingilis, azərbaycan dillərini bilən sürücü xidməti, eləcə də, Azərbaycan haqqında tam məlumata malik savadlı bələdçi xidməti təklif edir. Lazımi icarə sənədlərin rəsmiləşdirilməsi sadəcə 15- 20 dəqiqə vaxt alır. Müqavilə bağlanması üçün şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, eləcə də, 2 ildən az olmayan sürücülük təcrübəsi lazımdır. Müqaviləyə görə müştəri yol hərəkət qaydalarını pozmamağı və avtomobili düzgün idarə etməyi öz öhdəsinə götürür. Əks təqdirdə o, yol - nəqliyyat qəzaları hadisələrində maddi məsuliyyət daşıyır. Tarifə icarə qiyməti, texniki baxış, icarədə olan avtomobilin texniki baxış zamanı "avtomobil əvəzedicisi" təşkili və sığorta daxildir. "ESS" şirkətinin iş prinsipi ondan ibarətdir ki, müştərilər gələcəkdə də bizə müraciət etsinlər. Bu məqsədə nail olmaq üçün, biz sizə hər bir müştərimizi qiymətləndirdiyimiz kimi yüksək səviyyəli xidmət təklif edirik.