ERKO xəritədə

ERKO

Bakı, Nəsimi rayonu, Xətai prospekti, 34/5 AZ1000 *** 1 səs

ERKO haqqında

2000-ci ildən fəaliyyət göstərən ERKO şirkəti ofislər, evlər, müxtəlif tipli binalar, müəssisələr üçün havalandırma, isitmə və soyutma sistemlərinin layihələndirilməsi, quraşdırılması, həmçinin servis xidmətini həyata keçirir. Komfortlu hava sisteminin insanların işləməsi, yaşaması və həmçinin təhlükəsizliyi üçün havalandırma sistemlərinin həyati vacib olduğunu qəbul edən ERKO şirkəti layihələrin icrasının hər bir mərhələsinə yüksək keyfiyyəti əsas iş prinsipi kimi qəbul edir.

Müasir tələblərə uyğun peşəkar kadr potensialı ilə Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən təcrübəli şirkətlərdən biri olan ERKO artıq onlarla uğurlu layihələrə imza atıb.ERKO şirkəti York, Mitsubishi Heavy Industries, Viessmann kimi dünyanın tanınmış və qabaqcıl şirkətləri ilə əməkdaşlıq edərək ən son texnologiyaları tətbiq edir və xidmət səviyyəsini daim yüksəkdə saxlayır.

ERKO isitmə və soyutma sistemlərinin layihələndirilməsi, quraşdırılması

  • İsitmə sistemləri- Şirkətimiz isitmə sistemi bazarında özünə məxsus etibarlı bir yerə malikdir. Bunu yüksək keyfiyyətli isitmə sistemlərini bir çox tanınmış müəssisə və binalarda layihələndirməklə əldə etmişdir. Peşəkarlarımızın quraşdırma, servis, layihələndirmə və təkmilləşdirmədə böyük təcrübəyə malik olmaları bizim ayrıca üstünlüyümüzdür. Kiçik panel isitmə cihazlarından tutmuş böyük konstruksiyalara qədər isitmə sistemlərinin hər hansı obyektlərdə layihələndirilməsi, quraşdırılması, sazlanmasına tam təminat veririk.
  • Soyutma sistemləri - Soyutma sektorunda hər bir sahəyə uyğun həllər təklif edən ERKO şirkəti xüsusilə də sənaye soyutma sahələri üzrə daha təcrübəlidir. Şirkət hava soyutma, su soyutma və ya hibrid sistemlərın quraşdırılması zamanı ehtiyacların təyin olunmasından başlayaraq, obyektə uyğun sistemin layihələndirilməsi, reallaşdırılması və servis xidmətinə qədər bütün mərhələləri üzərinə götürmək potensialına malikdir.
  • Havalandırma sistemləri - Müxtəlif istehsalat sahələrində, inzibati binalarda, yaşayış və ya iaşə obyektlərində quraşdırılan havalandırma sistemlərinin funksiyası hava axınını istiqamətləndirmək, isti və ya soyuq hava kütləsini dövr etdirməkdir.Havalandırma sisteminin quraşdırılması kifayət qədər mürəkkəb bir prosesdir. Onun ilkin və ən məsuliyyətli mərhələsi – layihələndirilməsidir. Bu zaman müəssisəyə (obyektə) uyğun ən münasib avadanlıqlar seçilir, bütün əsas cihazların yeri müəyyənləşdirilir. Həmçinin, işin növbəti mərhələləri də layihələndirilmənin dəqiqliyindən çox asılıdır.

    Havalandırma əsas iki növdə olaraq, sorma və vurma xarakterli sistemlərə ayrılır. Yanğın və partlayış təhlükəli, zəhərli istehsalat mühiti olan yerlərdə sorma tipli, digər sahələrdə isə vurma tipli havalandırma sistemləri quraşdırılır.ERKO tərəfindən quraşdırılan çoxfunksiyalı, asan idarə edilə bilən havalandırma sistemləri insanların komfortunu və təhükəsizliyini təmin edir

Kondisionerlər otaq komfortu, stabil otaq iqliminin yaradılması və saxlanması üçün nəzərdə tutulur.Onların tətbiqi aşağıdakı hallarda məqsədəuyğun sayılır:

  • bina daxilində hər hansı bir vaxt müddətində süni iqlimin yaradılması,
  • istehsalatda havada optimal gigiyena şəraitinin yaradılması,
  • ictimai və məişət binalarında optimal hava şəraitinin yaradılması.

İnsanlar üçün optimal hava 22 °C və təxminən 50 % nisbi rütubətlik sayılır.