ERA Marketing Center xəritədə

ERA Marketing Center

Bakı, Yasamal rayonu, Naxçıvani Məhəmməd İbn Hinduşah küçəsi, 22/49 AZ1000 *** 1 səs

ERA Marketing Center haqqında

ERA Bileşim şirkətinin marketinq və sosial araşdırma sahəsindəki təcrübəsini tam mənimsəmişdir. Bazarın tələbini hiss edərək və uzun müddətli təcrübəmizə əsaslanaraq biz bazar araşdırmalar, sosial araşdırmalar və promouşen xidmətləri ətrafında qurulmuş Marketing Center şirkətini yaratdıq. Azərbaycan müstəqillik qazandığı on beş il ərzində nəinki bütün Qafqaz regionunda, hətta onun hüdudlarından kənarda möhtəşəm siyasi və iqtisadi nailiyyətlər əldə etmişdir. Bu nailiyyətlərin nəticəsidir ki, mütəmadi olaraq yeniləşən informasiya bazasına əsaslanaraq, sahibkarlıq və bazar iqtisadiyyatı daimi inkişaf prosesindədir. İnformasiya bazası Azərbaycan və həmçinin başqa inkişaf etmiş ölkələrin iqtisadi sistemlərində istənilən biznes sahəsinin inkişafı və genişlənməsi üçün vacib olan bir faktordur.

ERA Marketinq Mərkəzi

ERA Marketinq Mərkəzi 1996-cı ildən bəri fəaliyyət göstərir və bu müddət ərzində Azərbaycanda hal-hazırda inkişafda olan bazarı və biznes mühitini dərindən təhlil edən layihələr həyata keçirmişdir. Bizim missiyamız sizin şirkətinizin nəinki Azərbaycanda, həmçinin bütün dünya səviyyəsində inkişafına və genişlənməsinə yardımçı olmaqdır. ERA-nın Azərbaycandakı fəaliyyəti və xidmətləri haqqında sizə məlumat verməkdən məmnunluq duyuruq. Ümid edirik ki, bu məlumat bizim gələcək əməkdaşlığımız üçün əsas yaradacaq. Bizim xidmətlərimizin vasitəsilə Azərbaycanda və bütün dünyada fəaliyyət göstərən beynəlxalq şirkətlərlə biznesinizi genişləndirin!

ERA-nın Bileşim şirkəti ilə əməkdaşlığı davam edir və Bileşim şirkəti müqavilə əsasında Azərbaycanda keçirdiyi araşdırma prosesinin aparılmasına, həmçinin hesabatın hazırlanması və nəticələrin təqdimatı işlərinə ERA şirkətini cəlb edir. Eynilə, ERA şirkətinin bilavasitə özünün keçirdiyi müəyyən araşdırma layihələrinin hesabat və təqdimat işlərində Bileşim şirkəti iştirak edir.ERA bazar araşdırması sahəsində müasir üsullardan istifadə etmək və biznes əlaqələrini artırmaq məqsədilə ESOMAR tərəfindən həyata keçirilən müxtəlif seminarlarda, kommersiya prezentasiyalarında və illik konfranslarda iştirak etmək imkanına malikdir. Bu tədbirlər 70 ölkədən 1000-ə yaxın peşəkarı bir araya gətirir.Tamamilə Məxfi Xidmətlər:

  • Keyfiyyət və kəmiyyət araşdırmaları
  • Araşdırmanın təşkili və sınağı
  • Təlim
  • Sahə işi
  • Kodlaşdırma və təhlil
  • Araşdırmanın nəticələrini əks etdirən hesabat

İllər boyu yaranmış konsultant bazamız hesabatın yazılması üçün konsultantları cəlb etmək və müştərilərimizə daha peşəkarlıqla yanaşmağa imkan verir. Hal-hazırda ERA təcrübəli işçi heyəti ilə birlikdə marketinq və sosial araşdırma, ictimai rəy sorğuları və promo aksiyalar həyata keçirərək işini davam etdirir. ERA 14 tam ştatlı idarəedici işçilərdən və bütün Azərbaycanı əhatə edən sahə işinə cəlb olunan və sahə işini müvəffəqiyyətlə bitirən 100 nəfərə yaxın yarım ştat işçilərdən ibarətdir. Dünya standartlarına cavab verən ən müasir avadanlıqlardan və proqramlardan istifadə etməklə ERA yerli və xarici şirkətləri istənilən sferada məlumatla təmin edir.