English Language Solutions Baku xəritədə

English Language Solutions Baku

Bakı, Səbail rayonu, Nizami küçəsi, 55 AZ1004 *** 1 səs

English Language Solutions Baku haqqında

“English Language Solutions” Bakıda İngilis dili və Ünsiyyət Bacarıqları üzrə təlim sahəsində qabaqcıl xidmət təchizatçısıdır. Biz təxminən on ildir ki Azərbaycanlı işçi qüvvəsi üçün təlim keçməkdəyik və bu, yalnız İngilis dili təlimindən ibarət deyil: biz İdarəetmə Bacarıqları üzrə tam çeşidli Kurslar, Azərbaycan dili və digər dillər üzrə təlim və tərcümə xidmətləri göstəririk və eləcə də enerji sektorları üçün bizim öz yeni akkreditasiya olunmuş testimiz olan Texniki Təhlükəsizlik üzrə İngilis Dili Testi keçirik. “Language Solutions” beynəlxalq məktəblər şəbəkəsinin bir hissəsi kimi biz Londonun mərkəzində yerləşən öz təlim mərkəzimizdə tədrisin davamını təşkil edən proqramlar təklif edirik. Biz Bakıda geniş sayda müştərilər ilə işləyirik və bir çox müxtəlif növ təlimlərin keçirilməsində təcrübəyə malikik. Bizim beynəlxalq təcrübəmiz bizə düzgün yerli həllər təmin etməyə imkan verir. Beləliklə, sizin təlim tələbləriniz nə olursa olsun, biz sizə kömək etməyə hazırıq. Əlavə məlumat almaq və ya təliminizə başlamaq üçün Bakının mərkəzində Fəvvarələr Meydanının bilavasitə yaxınlığında yerləşən ofislərimizə elə bu gün zəng edin və ya baş çəkin.

Tərcümə Xidmətləri

Biz Azərbaycan, Rus və İngilis dillərindən və bu dillərə ən yüksək keyfiyyətli tərcümələri idarə edir və həyata keçiririk. Biz hər bir müştərimizin fərdi tələblərini başa düşdüyümüzdən əmin oluruq. Məhz bu diqqət bizim təcrübəli heyətin müştərilərimizin gözləntilərinə cavab verməsini və eyni zamanda da keyfiyyəti əsas tutmaqla tərcümələri başlanğıcdan sona qədər idarə edilməsini təmin edir.Düzgün tərcümələr hasil etmək və sizin təyin etdiyiniz son tarixlərə əməl etmək üçün bir sıra keyfiyyət yoxlama proseslərinə malikik. Bunlara aşağıdakılar daxildir:

  • Sizin tərcümənin fərdi fayl növünün və formatının başa düşülməsi
  • İşin sizin seçdiyiniz üslub və terminologiyaya uyğun aparılması
  • Özünü doğrultmuş səriştə və təcrübəyə malik olan və ana dili daşıyıcıları olan sektor üzrə ixtisaslaşmış tərcüməçilər ilə işləmə
  • Sizin üslubla bağlı təlimatlarınızın və xüsusi yoxlama siyahılarının nəzərə alınması
  • Daxili tərcüməçilər tərəfindən müstəqil yoxlamaların aparılması