Engin haqqında
Engin LTD şirkəti rəsmi olaraq 22 dekabr 2000 – ci ildə fəaliyyətə başlayıb. Şirkət əsasən satış və marketinq sahəsində ixtisaslaşır. Elə buna görə də şirkətin 70%-ə yaxın əməkdaşı Satış şöbəsində fəaliyyət göstərir.
Bunun yanında şirkətdə hal-hazırda İnformasiya Texnologiyaları, İnsan Resursları, Audit, Maliyyə, Mühasibat, Marketinq, Təminat, Təchizat və Texniki servis şöbələri fəaliyyət göstərir.
Engin LTD şirkətinin
Missiyası: Müştərilərə yüksək xidmət göstərmək, fəaliyyət göstərdiyimiz bütün bazarlarda yüksək keyfiyyətli, geniş çeşidli məhsulların satışını və inkişafını təmin etmək
Hədəfləri: Biz daim səylə çalışacağıq ki, əməkdaşlarımızın və müştərilərimizin təkmilləşməsində birinci olaq. Qurduğumuz peşəkar komandanın davamiyyətini təmin etmək üçün daim təkmilləşməyə açıq şəxslərlə əməkdaşlıq quracağıq.
Engin LTD şirkətinin uğurlu tarixi
2000–Şirkətin rəsmi olaraq fəaliyyətə başlaması. Bakı, Quba və Gəncə filiallarının fəaliyyətə başlaması. P&G şirkətinin Azərbaycanda rəsmi distributorluğunun alınması.
2003–Ferrero şirkətinin Azərbaycanda rəsmi distributorluğunun alınması
2004–İpek Kağıt, Uni Və Wella şirkətinin azərbaycanda rəsmi distributorluğunun alınması
2005–Cəlilabad filialının fəaliyyətə başlaması
2006–Sumqayıt və Xaldan filiallarının fəaliyyətə başlaması. Gillette şirkətinin Azərbaycanda rəsmi distributorluğunun alınması
2007–İmişli filialının fəaliyyətə başlaması. Saralee və Maratem şirkətlərinin Azərbaycanda rəsmi distributorluğunun alınması.
2008–Zaqatala filialının fəaliyyətə başlaması.
2009–İsmayıllı filialının fəaliyyətə başlaması. Vileda şirkətinin Azərbaycanda rəsmi distributorluğunun alınması
2010–Lorenz şirkətinin Azərbaycanda rəsmi distributorluğunun alınması
2011- Walkers şirkətinin Azərbaycanda rəsmi distributorluğunun alınması.