Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi xəritədə

Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi

Bakı, Badamdar qəsəbəsi, Səbail rayonu, Badamdar şossesi, 437 AZ1004 *** 2 səs

Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi haqqında

Özbəkistan Mərkəzi Asiyanın mərkəzi və şimal-qərb hissəsində yerləşir. Şimal-şərqdə Qırğızıstan, şimal və şimal-qərbdə Qazaxıstan, cənub- şərqdə Tacikistan, cənub və cənub-qərbdə isə Türkmənistan və Əfqanıstanla həmsərhəddir.Paytaxtı Daşkənd şəhəridir. Daşkənd aeroportu, Səmərqənd dəki Bibixanım məscidi islam aləmində və Mərkəzi Asiyada yerləşən məscidlərdən ən böyüyüdür. Özbəkistanda həm də Asiyanın ən böyük qızıl mədəni yerləşir.Özbəkistan böyük bir tarixi olan qədim ölkədir. Burada sanki zaman öz "imzasını" qoyub. Ən mühüm şəhərləri Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbzdir. Ölkədə müxtəlif tarixi abidə, məscid və muzeylər var. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şaxi Zinda məqbərəsi, əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir mavzoleyi, Ağ-Saray, Reqistan meydanı nın adını çəkmək olar. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın arxitektura abidəsi var. Qədim Xivə isə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə1990-da YUNESKO-nun Ümumdünya irsinə daxil edilib.

Özbəkistan-Azərbaycan münasibətləri

İki ölkə arasında diplomatik münasibətlər 02 oktyabr 1995-ci ildə yaradılmışdır.Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi 1996-cı ildə fəaliyyətə başlamışdır. Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1998-ci ilin may ayında fəaliyyətə başlamışdır. Hal-hazırda, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfiri Hüseyn Quliyevdir.1996-cı il 26-27 may Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycana rəsmi səfər etmişdir.1996-cı il 20-21 oktyabr – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Özbəkistan Respublikasına işgüzar səfər etmişdir (Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Zirvə Görüşü).1997-ci il 18-19 iyun – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Özbəkistana rəsmi səfər etmişdir.1996-cı il 26-27 may – Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycana rəsmi səfər etmişdir.1996-cı il 20-21 oktyabr – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Özbəkistan Respublikasına işgüzar səfər etmişdir (Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Zirvə Görüşü).1997-ci il 18-19 iyun – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Özbəkistana rəsmi səfər etmişdir.