Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi xəritədə

Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 AZ1065 *** 2 səs

Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi haqqında

Fələstin — Aralıq dənizinin şərqində, Yaxın Şərqdə, İsrail torpaqlarının bir hissəsini əhatə edən coğrafi bölgədir.Fələstin adı Aralıq dənizi ilə İordan çayının arasında qalan bölgəni adlandırmaq üçün ilk dəfə e.ə. 450 - b.e. 1948 illəri arasında istifadə olunan termin idi. Həmçinin bu bölgə müxtəlif zamanlarda Kanaan, Siyon, İsrail, Suriya Fələstni, Cənubi Suriya, Cand Fələstini, Outremer, Müqəddəs Torpaqlar və Cənubi Levant adlandırılmışdır.Fələstin terminin ixtiraçısı Roma imperatoru Adriandır. Romalıların məqsədi yəhudilərin düşməni olan Filistines qəbiləsinin adını istifadə edərək İsrail torpaqlarını adlandırmaq və yəhudiləri bu torpaqlardan ayırmaq olmuşdur. "Fələstin" ivrit dilində "pliştim" sözündən yaranmışdır və "yad işğalçılar" deməkdir

Fələstin-Azərbaycan münasibətləri

1992-ci il aprelin 15-də Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycanla bu iki ölkə arasında əlaqələr əsasən ,BMT ,İKT və digər beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir .Fələstin Prezidenti Mahmud Abbas qardaşı Prezident İlham Əliyevdən Azərbaycan Respublikasına 2011-ci il iyun ayında tarixi dövlət səfərini həyata keçirmək üçün dəvət almışdır. O Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Hökuməti tərəfindən böyük hərarətlə qarşılanmış bu görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər və problemlər ətrafında məsləhətləşmələr aparılmış və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilmişdir. Habelə Prezident İlham Əliyev Azərbaycanın Fələstin xalqına sabit və qeyd şərtsiz dəstəyini ifadə etmiş və ən qısa zamanda paytaxtı Şərqi Qüds olmaqla suveren , müstəqil Fələstin Dövlətinin yaradılmasına çağırmışdır. Bu səfər hər iki ölkə arasında mövcud olan əlaqələrə əlavə təkan vermişdir belə ki, mədəniyyət , ticarət, kənd təsərrüfatı, universitet təhsili və s. kimi bir sıra sahələrdə qarşlıqlı əməkdaşlıq üçün işlər həyata keçirilir.