Niderland Krallığı Qərbi Avropada dövlət. Şimal dənizinin sahilində yerləşir (sahilin uzunluğu – 451 km). Almaniya və Belçika ilə həmsərhəddir (sərhəddin uzunluğu – 1027 km).Paytaxtı – Amsterdam, hökumətin iqamətgahı – Haaqa şəhəridir.Digər iri şəhərləri Rotterdam – dünyanın ən iri limanı, Utrext – ölkənin dəmir yolu sisteminin mərkəzi və Eyndhovendir.Niderland xüsusi statusa malik olan Aruba adası və Niderland Antil adaları ilə birlikdə Niderland Krallığını təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş "Niderland Krallığının Statusu" adlı sənədlə tənzimlənir.
1648-ci ildə imzalanan Vestfalya Andlaşmasında Hollandiya vilayətlərinin müstəqilliyi İspaniya tərəfindən tanındı. Bu təxminən olaraq, daha sonra qurulacaq olan Hollandiyanın yerləşdiyi bölgə idi. Buna qarşı, bu bölgənin cənubunda qalan bölgələr, Flanderler daxil olmaq üzrə, krallıqda qaldı; daha sonra buradan Belçika meydana gəldi. Bu tarixdən sonra Şimal Hollandiyalılar və Cənub Hollandiyalılar üzrə iki cəmiyyətdən bəhs edilməyə başlandı. Vyana Konqresi şimal və cənubu müstəqil bir ölkə olan Hollandiya Krallığı olaraq qısa bir müddət üçün birləşdirdi. Lakin cənub Hollandiyalılar (Flamandlılar) 1830 da müstəqilliklərini Belçika adı altında elan etmişlər. ("Belgica" köhnə bir Roma əyalətinin adıdır və İntibah dövründə bu ifadə, şimal da daxil, Hollandiyanın Latınca adı olaraq istifadə edildi.)
Niderland Krallığı Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımış,1 aprel 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. 2007-ci ilin may ayında Azərbaycanın Niderland Krallığında, 2009-cu ilin 23 oktyabr tarixində isə Niderland Krallığının Azərbaycanda səfirliyi təsis edilmişdir.2012-ci ilin 25 sentyabr tarixindən Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Mir-Həmzə Əfəndiyevdir.Niderland Krallığının hazırkı səfiri Aryen Uyterlinden etimadnəmlərini 2010-cu ilin avqust ayının 16-da Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir.AR Milli Məclisində Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyevdir. Azərbaycan Respublikası və Niderland Krallığı arasında 9 sənəd imzalanmışdır.