Azərbaycan və Meksika arasında diplomatik münasibətlər 10 fevral 1992-ci ildə yaradılmışdır. Səfir Đ.Muxtarov 10 iyun 2009-cu ildə etimadnaməsinin surətini Xarici İşlər Nazirliyində Meksikanın Dövlət Protokol Xidmətinin rəhbəri Xorxe Kastroya təqdim etmişdir. 21 oktyabr 2009-cu ildə Səfir İ.Muxtarov etimadnaməsini Meksika Prezidenti Felipe Kalderona təqdim etmişdir.21-23 avqust 2012-ci il tarixində AR Baş nazirinin müavini Ə. Həsənov Meksikaya səfər etmişdir.
2005-ci ildə AR Milli Məclisində Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupu,2010-cu ilin 8 aprel tarixində isə Meksika Konqresinin Deputatlar Palatasında Meksika-Azərbaycan Parlamentlərarası işçi qrupu yaradılmışdır.AR Milli Məclisində Azərbaycan-Meksika Parlamentlərarası isçi qrupunun tərkibi:1. Ülvi Quliyev (Sədr)2. Aqil Abbasov 3. Fəzail Đbrahimli 4. Ceyhun Osmanlı Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri o zaman iqtidarda olan PAN – Milli Hərəkat Partiyasının nümayəndəsi Marcos Perez Esquer olmuşdur.2012-ci ilin iyul ayının 1-də Meksikada keçirilmiş növbəti Ümumi seçkilər,o cümlədən Konqresə keçirilmiş seçkilərdən sonra Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu buraxılmış, hal-hazırda Dostluq Qrupunun yeni tərkibi formalaşmaq üzrədir.
28 mart 2008-ci il tarixində Meksikanın xarici işlər nazirinin müavini xanım Mariya de Lurdes Aranda Bezaurinin Azərbaycana səfər zamanı “Azərbaycan Respublikası Xarici İslər Nazirliyi və Meksika Birləşmiş Ştatları Xarici İslər Nazirliyi arasında akademik diplomatik əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Sazis çərçivəsində Azərbaycanın Xarici İslər Nazirliyinin əməkdaşları ardıcıl olaraq hər il Meksika Birləşmiş Ştatlarının Diplomatik Akademiyası (Matias Romero İnstitutu) tərəfindən təşkil edilən beş aylıq intensiv ispan dili kursları və ölkənin xarici siyasətinə həsr olunmuş diplomatik kurslarda iştirak edirlər. Həmçinin, iki meksikalı tələbə (Vieyra Olinka, Espinoza Julio) AR XİN-in Diplomatik Akademiyasının məzunu olmuşlar.10-11 iyun 2008-ci il tarixlərində Meksikanın Diplomatik Akademiyasının rəhbəri Maria Selia Toro Bakıda keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunu genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. M.S.Toro
Azərbaycana səfəri zamanı Azərbaycan Diplomatik Akademiyasının rektoru, Xarici İslər Nazirinin müavini H.Paşayevlə görüşmüş və Akademiyada mühazirə ilə çıxış etmişdir.