Liviya Afrika qitəsinin şimalında Aralıq dənizinin sahilində yerləşir. Ölkə şərqdən Misir, cənub-şərqdən Sudan, cənubdan Çad və Niger, qərbdən isə Əlcəzair və Tunislə həmsərhəddir. Ərazisi 1 759 540 kvadrat kilometr, əhalisi isə təqribən 6 597 960 (2011-ci ilin iyul ayına olan məlumatlara əsasən) nəfərdir. Əhalnin milli tərkibi ərəb və bərbərlərdən (97%), yunanlar, maltalılar, misirlilər, italyanlar,pakistanlılar, türklər və hindlərdən ibarətdir. Ölkə əhalisinin orta yaşı təqribən 77.83 yaş təşkil edir. Əhalinin illik artım tempi 2.064 faizdir. Paytaxtı Tripoli şəhəridir. Benqazi, Misurata, Sirt, əl-Zəviyə və Səbha ölkənin iri şəhərlərindəndir.Rəsmi dövlət dili ərəb dili, pul vahidi isə Liviya dinarıdır .Liviya Azərbaycan Respublikasının dövlət müstəqilliyini 30 dekabr 1991-ci ildə tanımış, 16 mart 1992-ci ildə isə ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur.
Azərbaycan-Liviya əlaqələri dövlətimizin 1991-ci ildə öz müstəqilliyini əldə etməsi ilə yeni bir mərhələyə qədəm qoymuşdur. Liviya Azərbaycan
Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci il tarixində tanımışdır.5 Azərbaycanla Liviya arasında diplomatik əlaqələr isə 16 mart 1992-ci il tarixində yaradılmışdır.Liviyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq və regional təşkilatlarda Azərbaycanın mövqeyini daim dəstəkləməsi iki ölkə arasında mövcud olan dost münasibətlərin təzahürü kimi qiymətləndirilə bilər.Hər iki dövlətin birgə səylərinin nəticəsi olaraq ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır.
BMT Baş Assambleyasında 2004-cü ildə və 14 mart 2008-ci il tarixində “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət”lə bağlı qətnamənin qəbul
olunmasına dair keçirilmiş səsvermələr zamanı Liviya tərəfi Azərbaycanın mövqeyini dəstəkləmiş, Baş Assambleyanın gündəliyinə “GUAM ölkələrində
münaqişələr”lə bağlı 42-ci bəndin salınması məsələsi ilə əlaqədar 2006-cı ildə keçirilmiş səsvermələr zamanı isə bitərəf mövqe tutmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 1342 saylı Sərəncamı ilə Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında Müştərək Komissiya təsis olunmuşdur.2011-ci ilin fevralında Liviyada Qəddafi rejiminə qarşı baş vermiş inqilab zamanı Azərbaycan Respublikası Liviya xalqının iradəsinə hörmətlə yanaşmış və 2011-ci ilin 02 sentyabr tarixində Milli Keçid Şurasını Liviyanın hakimiyyət təmsilçisi kimi tanıdığını bəyan etmişdir.Azərbaycan və Liviya arasında dövlət və hökumət başçıları, Xarici İşlər Nazirləri səviyyəsində mütəmadi olaraq məktub mübadilələri aparılır.