Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik münasibətlər 1994-cü il oktyabr ayının 7-də qurulmuşdur. 2004-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Küveyt Dövlətində, 2006-cı ilin aprel ayında Küveyt Dövlətinin Azərbaycan Respublikasında səfirliyi açılmışdır. Hal-hazırda Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev,Küveyt Dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ğəssan Yusif Əl-Zəvavidir.
28 may 1995-ci ildə Küveyt Millət Məclisi Küveyt və Azərbaycan parlamentləri arasında 4 nəfərdən ibarət “Dostluq Qrupu”nun yaradılması haqqında qərar qəbul etmiş,06 may 1997-ci ildə Əhməd Məhəmməd Nassarın sədrliyi ilə 6 nəfərdən ibarət yeni Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilmişdir.Hazırda Azərbaycan - Küveyt Parlamentlərarası işçi qrupunun Küveyt tərəfindən rəhbəri d-r Vəlid Əl-Tabtabai, Azərbaycan tərəfindən Hüseynbala Mirələmovdur.
2012-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Respublikasının Küveyt Dövləti ilə xarici ticarət dövriyyəsinin həcmi 177,65 min ABŞ dolları, o cümlədən, idxalın həcmi 177,65 min ABŞ dolları təşkil etmiş, ixrac əməliyyatı aparılmamış, xarici ticarət saldosu isə mənfi 177,65 min ABŞ dolları olmuşdur.20 may 2009-cu il Küveyt Ticarət və Sənaye Palatası və Azərbaycanın İxrac və İnvestisiya Fondunun (“AZPROMO”) iştirakı ilə Əl-Küveyt şəhərində ilk Küveyt-Azərbaycan Biznes Forumu keçirilmişdir.
16-19 dekabr 2009-cu il Bakıda Küveyt mədəniyyət günləri keçirilmişdir.17 fevral 2010-cu il “Xocalıya ədalət” kampaniyasının Küveytdə təqdimatı keçirilmiş,“Xocalıya Ədalət” kampaniyasının petisiyası imzalanmış və Xocalı qətli anımın 18-ci ildönümü münasibətilə “Xocalı uşaqların gözü ilə” şəkil sərgisi təşkil olunmuşdur.22 fevral 2010-cu il Əl-Küveyt şəhərində Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi ilə birgə sərgi və prezentasiyasını təşkil etmişdir.9-13 may 2011-ci ildə Əl-Küveyt şəhərində Azərbaycan mədəniyyət günləri
keçirilmişdir.