Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlər 23 mart 1992-ci ildə qurulmuşdur. Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 04 mart 2006-cı ildə, Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyi 14 mart 2007-ci ildə təsis edilmişdir. Hazırda, Azərbaycan Respublikasının Koreya Respublikasındakı müvəqqəti işlər vəkili Rəmzi Teymurovdur.2006-cı il 10-12 may - KR Prezidenti Roh Mu-hyun Azərbaycana rəsmi səfər etmişdir.2007-ci il 23-25 aprel - AR Prezidenti İlham Əliyev Koreyaya rəsmi səfər etmişdir.
2012-ci il 25-27 mart - AR Prezidenti İlham Əliyev Koreyaya işgüzar səfər etmişdir .(Seul Nüvə Təhlükəsizliyi Sammiti)2008-ci il 18-20 may - KR-in Baş naziri Han Seunq-sun Azərbaycana rəsmi səfər etmişdir.
2005-ci il 29-30 noyabr - AR-in xarici işlər naziri Elmar Məmmədyarov Koreyaya rəsmi səfər etmişdir.2010-cu il 14-15 dekabr - AR-in xarici işlər naziri Elmar Məmmədyarov Koreyaya rəsmi səfər etmişdir.2007-ci il 4-6 sentyabr - AR Milli Məclisinin Sədri Oqtay Əsədov Koreyaya rəsmi
səfər etmişdir. 2012-ci il 12 yanvar - KR-in Milli Assableyasının Sədri Park Hi-tae Azərbaycana rəsmi səfər etmişdir. Milli Məclisdə Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Malik Həsənovdur.Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında 46 sənəd imzalanmışdır.