Qazaxıstan — Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlət. Paytaxtı Astana şəhəridir. Qazaxıstan şimalda, şimal-şərqdə və şimal-qərbdə Rusiya ilə, şərqdə Çin, cənubda isə Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə həmsərhəddir. Qərbdə Xəzər dənizi ilə hüdudlanır. Qazaxsıtan Dünya okeanından xeyli uzaqdadır. Lakin ətrafındakı ölkələrlə Qazaxsıtan olduqca sıx qarşılıqlı əlaqələrə malikdir. Avrasiya İqtisadi Birliyinin üzvüdür.
İki ölkə arasında diplomatik münasibətlər30 avqust 1992-ci ildə qurulmuşdur.Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 9 yanvar 1993-cü il tarixində, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi 1 mart 2004-cü il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda Azərbaycan Respublikasının 1996-cı il 16-17 sentyabr - Qazaxıstan Respublikasının Prezidenti Nursultan
Nazarbayev Azərbaycana rəsmi səfər etmişdir.
2008-ci ilin yanvar ayından etibarən Primbetov Serik Dostanoviç Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı yeni Fövqəladə və Səlahiyyətli Səfiri kimi fəaliyyət göstərir. 29 yanvar 2004-cü il tarixində Lətif Qəndilov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Səfiri təyin edilmişdir. 13 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. İşçi qrupun rəhbəri Fərhad Qəribov, üzvləri N.Cəfərov, M.Quliyev, A.Quliyeva, V.Məmmədov, C.Həsənli və S.Seyidovdur.
6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsul v.i.e. R.Məmmədov fəaliyyətinə başlamışdır. İki ölkə arasında indiyədək siyasi münasibətlərdə demək olar ki, heç bir problem mövcud olmamışdır. Bu münasibətlər 1-2 mart 2004-cü il tarixlərində Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin dəvətilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Qazaxıstana və 24-25 may 2005-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin ölkəmizə rəsmi səfərlərindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan tərəfi Qazaxıstanın Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində "Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə"nin (AQEM) yaradılması təşəbbüsünü tam dəstəkləmişdir.