Iraq Respublikasının Azərbaycandakı səfirliyi xəritədə

Iraq Respublikasının Azərbaycandakı səfirliyi

Bakı, Yasamal rayonu, Şərq küçəsi, 5 AZ1065 *** 3 səs

Iraq Respublikasının Azərbaycandakı səfirliyi haqqında

İraq — Yaxın Şərqdə dövlət. İraq, dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir.Hal-hazırda İraq, Yaxın Şərqdə strateji mövqeyi, sahib olduğu neft ehtiyatları və əkinçiliyə əlverişli torpaqları ilə bölgənin geopolitik əhəmiyyətə malik ölkələrindən biridir. İraq, Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük ikinci neft ehtiyatına malikdir.İraq uzun illər Böyük Britaniya tərəfindən idarə edilmiş, Böyük Britaniyanın Yaxın Şərqdən tamamilə çəkilməsindən sonra bölgə üzərində əsas güc rolunu ABŞ oynamağa başlamışdır.

İraq-Azərbaycan münasibətləri

2 yanvar 1992-ci il tarixində İraq Azərbaycanın müstəqilliyini tanımışdır. 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılmışdır. Azərbaycanın İraqla BMT və İKT çərçivəsində əlaqələri elm, təhsil, mədəniyyət sahələrini əhatə etmişdir. Hələ 1979-cu ildə Bakı və Bəsrənin qardaşlaşmasına dair sənəd imzalanmışdır.Milli Məclisdə təsdiq edilmiş Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili İlham Məmmədovdur.Azərbaycan Respublikası hökuməti ilə İraq Respublikası hökuməti arasında 3 sənəd imzalanmışdır.