Fransa Azərbaycanın müstəqilliyini 3 yanvar 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur. 16 mart 1992-ci ildə Fransanın Azərbaycanda, 20 oktyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi təsis edilmişdir. Hal-hazırda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovdur.İki ölkə arasında 42 sənəd imzalanmışdır.AR Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevadır.Fransa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ambruaz Düpondur.
İkitərəfli əlaqələr çoxsaylı səfərlərlə zəngindir. İlham Əliyev prezident kimi ilk ikitərəfli səfəri 2004-cü ilin yanvarında məhz Parisə etmişdir. Azərbaycan Prezidentinin Fransaya dövlət səfəri isə 2007-ci ilin yanvar ayında baş tutmuşdur, o, bu ölkəyə yenidən 2007-ci ilin noyabr ayında həmkarı Nikola Sarkozi ilə görüşmək üçün getmişdir. (bu səfər prezidentin 2003-cü il Azərbaycana hakimiyyətə gəlişindən sonra Fransaya yeddinci səfəri idi).2008-ci ildə yenidən seçilən prezident İlham Əliyev Fransaya 9 dekabr 2009-cu ildə rəsmi səfər etmışdir. (Respublika prezidenti, Senatın və Milli Assambleyanın prezidentləri və Avropa məsələləri və Xarici işlər naziri ilə görüşləri). 2011-ci il oktyabrın 7-də, Prezident Sarkozi Bakıya gəlmişdir və Prezident Əliyevlə birlikdə Bakı Fransız Liseyinin ilk təməl daşı qoyulmuşdur. 2012-ci il sentyabrın 18-də, Azərbaycanın maliyyə dəstəyi verdiyi Luvr Muzeyindəki İslam Mədəniyyətləri Pavilyonunun açılışı münasibətilə, Prezident Olland Parisdə, öz növbəsində Prezident Əliyevi qəbul etmişdir.
Xarici İşlər Nazirliklərinin əlaqələri müntəzəmdir. Xarici İşlər Nazirlikləri arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli olmaqla mütəmadidir. 2012-ci il iyulun 30-da Cənab Elmar Məmmədyarov Parisdə Xarici İşlər Naziri Loran Fabius tərəfindən qəbul edilmişdir. Bundan əlavə, 2012-ci il dekabrın 7 və 8-də Bakıda ikitərəfli siyasi məsləhətləşmələr keçirilmişdir. Kontinental Avropa İdarəsinin Direktoru Cənab Erik Furnie Prezident Əliyevin diplomatik müşaviri Cənab Novruz Məmmədov, Xarici İşlər Naziri Cənab Elmar Məmmədyarov və Xarici İşlər Nazirinin müavini Cənab Xələf Xələfov tərəfindən qəbul edilmişdir.