Estoniya Respublikasının Azərbaycandakı səfirliyi xəritədə

Estoniya Respublikasının Azərbaycandakı səfirliyi

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 AZ1065 *** 6 səs

Estoniya Respublikasının Azərbaycandakı səfirliyi haqqında

Estoniya (rəsmi adı Estoniya Respublikası) - Şimali Avropanın Baltik regionunda yerləşən dövlətdir. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır.Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür. Estoniya 29 mart 2004-cü il tarixindən NATO, 1 may 2004-cü il tarixindən isə Avropa İttifaqının üzvüdür. Keçmiş SSRİ respublikaları arasında Estoniya ən yüksək adambaşına düşən Ümumi Daxili Məhsula malik ölkədir, BMT Estoniyanı artıq bir neçə il əvvəldən yüksək səviyyəli İnsan inkişafı indeksinə malik olduğuna görə İnkişaf etmiş ölkələr qrupuna daxil edib.

Azərbaycan-Estoniya münasibətləri

Azərbaycan Respublikası Estoniya Respublikasının müstəqilliyini 6 dekabr 1991-ci il tarixində tanımışdır.Estoniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 20 fevral 1992-ci ildə tanımışdır.Estoniya və Azərbaycan arasında diplomatik münasibətlər 20 iyun 1992-ci ildə qurulmuşdur.10 aprel 2007-ci il tarixində Azərbaycan Respublikasının Latviyadakı fövqəladə və səlahiyyətli səfiri T.Zülfüqarov iqamətgahı Riqa şəhərində olmaqla eyni zamanda Azərbaycan Respublikasının Estoniya Respublikasında səfiri təyin edilmişdir. 11 oktyabr 2010-cu il tarixində T.Zülfüqarov iqamətgahı Tallin şəhərində olmaqla Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

2010-cu ilin sonunda Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi Tallin şəhərində fəaliyyətə başlamışdır.22 fevral 2005-ci il tarixində ilk dəfə olaraq Estoniya Respublikasının Türkiyə Respublikasındakı Səfiri Azərbaycan Republikasında akkreditə olunmuşdur. Estoniya Respublikasının iqamətgahı Ankara şəhəri olmaqla Azərbaycan Respublikasındakı hazırki səfiri M.Haljasdır.Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə dostluq qrupu 5 dekabr 2000-ci ildə, Estoniya Parlamentində isə Estoniya- Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu 4 mart 2007-ci ildə yaradılmışdır.