Belçika Krallığının Azərbaycandakı səfirliyi xəritədə

Belçika Krallığının Azərbaycandakı səfirliyi

Bakı, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, 19 AZ1073 *** 6 səs

Belçika Krallığının Azərbaycandakı səfirliyi haqqında

Belçika Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya , fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə bölünür.
Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan belgelərin etnoniminə görə adlandırılmışdır.Əlverişli siyasi-coğrafi mövqeyi, zəngin təbii sərvətləri, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması Azərbaycanı Belçika üçün maraqlı edir. Belçikanın demokratik prinsiplərin daşıyıcısı olan bir ölkə, Brüsselin dünyanın mühüm siyasi mərkəzlərindən biri olması, Avropa Birliyinə aid bütün məsələlərdə Belçikanın xüsusi yer tutması Azərbaycanın bu ölkə ilə münasibətlərinin inkişafını zəruri edən amillərdəndir.Hələ XX yüzilliyin əvvəllərində Bakıda Belçika səfirliyi fəaliyyət göstərib. Lakin Azərbaycan Demokratik Respublikasının süqutundan sonra fəaliyyətini dayandırıb.

Belçika və Azərbaycan arasında siyasi münasibətlər

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra, həmin ilin 31 dekabr tarixində Belçika Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. 1992-ci il iyun ayının 17-də isə Belçika ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulub. Azərbaycanın Belçikadakı səfirliyi 1995-ci il aprel ayında, 1 noyabr 2007-ci il tarixdə isə Belçikanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.Diplomatik münasibətlərin yaradılması, səfirliklərin açılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açdı. Dövlət və hökumət başçılarının görüşləri və qarşılıqlı səfərləri də ikitərəfli əlaqələrin inkişafına təkan verdi.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1994, 1995, 1996-cı illərdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə 2004, 2006, 2012-ci illərdə Belçikada işgüzar səfərdə olub, qarşı tərəfin dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirib.

Azərbaycan Prezidenti Heydər Əliyev ilk dəfə 3 may 1994-cü il tarixdə, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının imzalanma mərasimində iştirak etmək məqsədilə Belçikaya səfəri çərçivəsində bu ölkənin baş naziri Jan-Lük Deanla görüşüb. Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci ildə isə Davosda və Kopenhagendə Belçikanın Baş naziri Jan-Lük Deanla görüşüb, tərəfləri maraqlandıran məsələlər barəsində fikir mübadiləsi aparıb.Prezident Heydər Əliyev 18 aprel 1995-ci il tarixdə Belçika səfəri çərçivəsində növbəti dəfə Belçikanın Baş naziri Jan-Lük Deanla görüşüb. Görüşdə iki ölkəni maraqlandıran məsələlər müzakirə olunub. Heydər Əliyev Belçikanın həm iqtisadi cəhətdən, həm də dövlət quruculuğu sahəsində çox inkişaf etmiş bir dövlət olduğunu qeyd edib. Belçika Baş naziri Azərbaycanın iqtisadi potensialına bələd olduğunu bildirərək, ölkəsinin bu sahədə əməkdaşlıqda maraqlı olduğunu bildirib.