Belarusiya Respublikasının Azərbaycandakı səfirliyi xəritədə

Belarusiya Respublikasının Azərbaycandakı səfirliyi

Bakı, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 8 AZ1000 *** 4 səs

Belarusiya Respublikasının Azərbaycandakı səfirliyi haqqında

Belarus Respublikası Avropanın dənizə çıxışı olmayan ən şimal dövlətdir. Avrasiya İqtisadi Birliyinin üzvüdür.XVIII əsrdə ilk dəfə olaraq qədim slavyan torpaqlarının qərb hissəsi belaya rusya (ağ rus mənasını bildir) adlanmağa başlanmışdır. Məhz ölkənin indiki adı da buradan qaynaqlanır.
Belarusun digər ölkələrlə siyasi əlaqələri çox qarışıqdır.Belə ki,ölkə 1991-ci ildə müstəqillik qazanmasından sonra qərb dövlətləri ilə soyuq əlaqələrə malikdir.Buna səbəb Qərb dövlətlərinin Belarus prezidenti Aeksandr Lukaşenkonun onların fikrincə qeyri demokratik ölkəni idarəetməsidir. Xüsusən 2010-сu il Belarusda prezident seçkilərindən sonra bu əlaqələr daha da pisləşmişdir.

Belarus-Azərbaycan münasibətləri

1998-2008-ci illərdə iki ölkə başçıları qarşılıqlı səfərlər və müxtəlif zirvə toplantıları çərçivəsində səkkiz görüş keçirmişlər.Son ikitərəfli görüş 1-3 may 2007-ci ildə Bakıda keçirilmişdir. 9-10 avqust 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti H.Əliyev və Belarus Respublikasının Prezidenti A.Lukaşenko Yaltada keçirilmiş Ukrayna Prezidenti L.Kuçmanın 60-illik yubileyində və MDB iştirakçı-dövlətləri başçıları Şurasının iclası zamanı görüşlər keçirmişlər.13 may 1999-cu ildə Belarusun Ədliyyə naziri Bakıda səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Belarus Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

17-18 oktyabr 2006-cı ildə iki dövlətlərin müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasında ilk rəsmi səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Belarus Respublikasının Prezidenti A.Lukaşenko ilə görüş keçirmişdir. Danışıqlarda ölkələrimizin arasında ikitərəfli münasibətlərin uğurla inkişafı, iqtisadi əlaqələrin
genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanmış, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuş, doqquz ikitərəfli sənəd imzalanmışdır.1-3 may 2007-ci ildə Belarus Respublikasının Prezidenti A.Lukaşenko Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Azərbaycan Prezidenti İ.Əliyev və Belarus Prezidenti A.Lukaşenkonun təkbətək və geniş tərkibdə görüşü olmuşdur.

Danışıqlarda Azərbaycan- Belarus əlaqələrinin bütün sahələrdə - siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu inkişaf etdiyi vurğulanmış, ikitərəfli əməkdaşlığa dair on sənədin imzalanma mərasimi keçirilmişdir. Belarus Prezidenti Azərbaycanın Baş naziri A.Rasizadə ilə görüşmüş, Heydər Əliyev Fondu ilə tanış olmuş, ölkəsinin Azərbaycanda milli sərgisinin rəsmi açılışında iştirak etmişdir.17-20 dekabr 2007-ci ildə Belarus Respublikasının Müdafiə naziri, general-polkovnik L.Maltsev ölkəmizdə rəsmi səfərdə olmuş, Azərbaycanın Baş naziri A.Rasizadə,Milli Məclisin sədri O.Əsədov, Müdafiə naziri S.Əbiyev və Müdafiə sənayesi naziri Y.Camalovla görüşmüşdür. Səfər zamanı müdafiə nazirlikləri arasında 2008-ci il üçün “İkitərəfli Hərbi Əməkdaşlıq Planı” imzalanmışdır.