Argentina Respublikasının Azərbaycandakı səfirliyi xəritədə

Argentina Respublikasının Azərbaycandakı səfirliyi

Bakı, Nəsimi rayonu, Bül-Bül prospekti, 15 AZ1000 *** 1 səs

Argentina Respublikasının Azərbaycandakı səfirliyi haqqında

Azərbaycanla Argentina arasında diplomatik münasibətlərin əsası müstəqlliyimizin ilk illərində qoyulmuşdur. Argentina Respublikası Azərbaycan Respublikasının müstəqlliyini 9 mart 1992-ci ildə tanımış və 8 noyabr 1993-cü ildə diplomatik əlaqələrin qurulması haqqında protokol imzalanmışdır. Bu protokolla Argentina Moskvadakı səfirini eyni zamanda Azərbaycan Respublikasına da akkreditə etmişdir.3 aprel 2006-cı il tarixində Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Argentinaya rəsmi səfər etmişdir. Səfər ərəfəsində Argentina Xarici İşlər Naziri Xorxe Tayana, Vitse-Prezident Daniel Şioli, Federal Planlaşdırma, İctimai İnvestisiya və Xidmətlər Naziri Xulio de Vido ilə görüşlər keçirilmiş, iki ölkənin Xarici İşlər nazirlikləri arasında Anlaşma Memorandumu və Diplomatik və Xidməti passportları üçün vizasız gəliş-gediş haqqında Saziş imzalanmışdır. Bu səfər iki ölkə arasında əməkdaşlıq imkanlarının təyin edilməsi baxımından çox əhəmiyyətli olmuşdur.

Azərbaycan-Argentina arasında diplomatik münasibətlər son dövrlərdə

10 iyun 2009-cu ildə Argentina Xarici İşlər Nazirliyi rəsmiləri və Argentina Xalq Gəlirləri Federal Administrasiyasının nümayəndələrindən ibarət ticari tədqiqat missiyası Azərbaycana səfər etmişdir. Səfər əsnasında Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev və Kənd Təsərrfatı Nazirinin müavini Bəhram Əliyev olmaqla bir sıra Azərbaycan rəsmiləri ilə görüşlər keçirilmişdir.2010-cu ildə Azərbaycan hökuməti Cənubi Amerika regionunda ilk dəfə olaraq Argentinada Azərbaycan Respublikası Səfirliyinin təsis olunması barədə qərar qəbul etmiş və 25 May 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cənab Məmməd Əhmədzadənin Azərbaycan Respublikasının Argentina Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin olunması haqqında fərman imzalamışdır. Səfir öz etimadnaməsini Argentina respublikasının Prezidenti xanım Kristina Fernandes Kirçnerə 1 noyabr 2010-cu il tarixində təqdim etmiş və bununla da iki ölkə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Azərbaycan hökumətinin Argentinada səfirlik təsis etməsi haqqında qərarı Argentina hökuməti tərəfindən təqdir edilmiş və bunun nəticəsi olaraq Argentina Xarici İşlər Nazirinin müavini cənab Alberto Pedro D’Alotto 24-25 noyabr 2010-cu il tarixlərində Siyasi məsləhətləşmələr üçün Azərbaycana səfər etmişdir. Nazir müavini cənab Pedro D’Alotto Azərbaycanda olduğu müddətdə Xarici İşlər Naziri Elmar Məmmədyarov, Kənd Təsərrüfatı Naziri İsmət Abasov, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, İkitərəfli Münasibətlər üzrə Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, İqtisadi Əməkdaşlıq üzrə Xarici İşlər Nazinin müavini Mahmud Məmməd-Quliyev, Xarici İşlər Nazirnin müavini və XİN Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev və Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Davud Məmmədovla görüşlər keçirmişdir. Səfər çərçivəsində iki ölkənin Xarici İşlər Nazirlikləri arasında Siyasi Məsləhətləşmələr haqqında Anlaşma Memorandumu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Argentina Xarici İşlər Nazirliyinin Milli Xarici Xidmət İnstitutu arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Görüşlər zamanı gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Argentina şirkətlərinin Azərbaycanda, xüsusilə enerji, kənd təsərrüfatı və əczaçılıq sahəsində fəaliyyət imkanları araşdırılmışdır.