2006-cı ildən fəaliyyət göstərərən “ELS” Müstəqil Araşdırmalar Mərkəzi öz sıralarında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yardım göstərmək, sabit və etibarlı gələcəyin quruculuğu prosesinin real iştirakçısı olmaq istəyənləri birləşdirir.2007-ci il yanvar ayının 31-də Mərkəz könüllülük əsasında fəaliyyət göstərən qeyri-kommersiya, qeyri-hökumət, ictimai təşkilat kimi qeydiyyatdan keçib.Mərkəz ölkənin sosial-ictimai həyatının bütün sahələrində geniş spektrli tədqiqatlar həyata keçirir. Bunun üçün monitorinqlər, hər növ sosioloji sorğular, dəyirmi masalar və s. tədbirlər keçirilir.
Mərkəz öz işində müstəqillik, dəqiqlik, operativlik, doğruluq və obyektivlik prinsiplərinə əsaslanır.Mərkəzlə müxtəlif yönümlü zəngin nəzəri və praktiki təcrübəyə malik mütəxəssislərlə yanaşı gənclər də əməkdaşlıq edir. Onlar yaşlı nəsildən təcrübə alır və öz növbəsində aktual problemlərin həllinə yenilik gətirirlər.Mərkəzin fəaliyyətinin məqsədi ictimai həyatın əsas amili və nizamlayıcısı olan ictimai şüurun rolunun artmasına imkan yaradan bütün sahələrdə vətəndaş cəmiyyətinin təşəkkül tapmasına kömək etmək, elmi və praktiki tədqiqatların keçirilməsi əsasında biliklərin və mütərəqqi informasiyanın yayılmasına yardım etmək , ölkəmizin inkişaf istiqaməti barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır.