"Elif" Catering və Restorançılıqla 2001- ci ildən bəri məşğul olan şirkətdir. Şirkətimizin bütün kollektivi öhdəliyə götürülən müqavilələrin həcmindən və restorana gələn müştərinin kimliyindən asılı olmayaraq öz işinin vacibliyini tam məsuliyyəti ilə hiss edir və göstərilən xidmətlərin ən yüksək səviyyədə olması üçün bütün potensialını nümayiş etdirməyi özünün birinci vəzifəsi olaraq görür. Artıq 10 ildən çox fəaliyyətdə olan restoran bu müddət ərzində öz xidməti, yeməklərinin keyfiyyəti baxımından digər restoranlardan fərqlənməyi və ön plana çıxmağı bacarmışdır. Təcrübəli və gülərüz personalı ilə müştərilərinə yüksək səviyyədə xidmət göstərən “Elif” restoranı böyük inkişaf yolu keçmişdir.
Elif-in faəliyyətinin ən əsas istiqamətini caterinq (iaşə xidməti) xidməti təşkil edir. Bu istiqamətdə şirkət olaraq bir çox layihələrdə yer almışıq. Əməkdaşlıq etdiyimiz şirkətlər arasında kifayət qədər məşhur və ölkəmiqyaslı kompaniyalar yer alıb və almaqdadır. Bu sahədə göstərdiyimiz xidmətlər müştrilərimizi məmnun etmiş və bizə olan etibarları hər dəfəsində daha da artmışdır. Hal-hazırda şirkətin müxtəlif düşərgələrdə qurulmuş mətbəxlərdə 70 nəfərlik təcrübəli işçi kollektivi mövcuddur. 70 nəfərlik personalın potensialından istifadə edərək şirkət 2008-ci ildə yemək verilən insanların sayını 5800 nəfərə çatdırmışdır.Şirkətin gündəlik yemək verilən insan sayını texniki imkanlar, mövcud kadr potensialı və s. mühim məsələlər nəzərə alınmaqla 8500 nəfərə qədər artırmaq imkanı vardır.
İnsan sağlamlığını ön plana çəkərək gigiyenik cəhətdən təmiz və sağlamlığın qorunduğu şəraitdə keyfiyyətli istehsalat prosesinin təşkili:
Şirkət daxili və xarici insan münasibətlərində hörmət, etibar və sevgi mühitinin formalaşdırılması:
Göstərilən xidmətini mütəmadi olaraq təkmilləşdirmək və müştəriləri daim razı salmaq: