Elektronstandart-pribor Azərbaycan xəritədə

Elektronstandart-pribor Azərbaycan

Bakı, Xətai rayonu, Xocalı prospekti, 55 AZ1025 *** 0 səs

Elektronstandart-pribor Azərbaycan haqqında

“Elektrostandart – pribor – Azərbaycan” MMC layihələndirmə, təkmilləşdirmə, istehsal fəaliyyətləri ilə, neft – qaz sənayesi üçün qaz və yanğın təhlükəsizlik sistemlərinin təchizi ilə məşğuldur. Müəssisə ARDNŞ – Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin təşkil etdiyi böyük layihələrdə iştirak edir, obyektlərin layihələndirilməsi və müasirləşdirilməsini həyata keçirir. Şirkətin əsas məqsədi, mextəlif sənaye istiqamətli müəssisələrə aşağıda qeyd olunan tapşırıqların optimal həll yollarını tapmaq üçün imkanların təqdim olunmasından ibarətdir: - “Açar təhvili” istehsalında istifadə olunan avtomatlaşdırılmış texnoloji proseslər sistemi və layihələrin yaradılması; - obyektlərdə “açar təhvili” qaz tərkibinə nəzarət sayğaclarının qutraşdırılması ilə əlaqədar layihələrin yaradılması və həyata keçirilməsi; - obyektlərdə “açar təhvili” siqnalizasiyası və yanğın söndürmə sistemlərinin quraşdırılması ilə əlaqədar layihələrin yaradılması və həyata keçirilməsi. Cəmiyyətin fəaliyyəti siqnalizasiya və yanğın söndürmə sistemlərinin kompleks təchizinə, eyni zamanda qazın aşkarlanması üçün avadanlıqların təchizinə əsaslanıb. Şirkət aşağıdakılardan ibarət texnoloji prosesləri idarə edir: - avtonom qaydada və ya hazırda ASU TP sistemində olmasını nəzərə alaraq məlumat sisteminin layihələrinin tərtib olunması; - ləvazimatların və sistemin məlumatlarının təchizi və hazırlanması (şəxsi istehsal); - obyektlərdə quraşdırma və işə salma; - zəmanət və satışdan sonrakı xidmət. “Elektrostandart – pribor – Azərbaycan” – Rusiyanın “Elektronstandart-pribor” QSC – nin rəsmi regional ofisidir. Şirkət tərəfindən istehsal olunan bütün avadanlıqlar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Kommittəsinin tələblərinə uyğun sertifikata malikdir, TUV (EN 54, СE), FM, ATEX kimi sertifikatlara layiq görülüb, eyni zamanda Rusiyanın Dəniz Registri və American Bureau of Shipping tələblərinə uyğundur ki, bunun sayəsində də onun neft tankerlərində, mülki gəmilərdə, dəniz platformalarında tətbiqi mümkün olmuşdur. Şirkət tərəfindən hazırlanan layihə həlləri və istehsal olunan ləvazimatlar həcminə görə analitik avadanlıqların artan bazar tələblərinə uyğundur. Bu avadanlıqlardan yeni texnologiyaların işlənib hazırlanması zamanı istifadə “Elektrostandart – pribor – Azərbaycan” MMC – nin əsas uğur faktorlarıdır.