Eld-Art dizayn studiyası xəritədə

Eld-Art dizayn studiyası

Bakı, 9-cu mikrorayon, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 137A AZ1000 *** 0 səs

Eld-Art dizayn studiyası haqqında

“Eld-ART” dizayn studiyası – təcrübə və sifarişçini dinləmək bacarığı ilə zənginləşdirilmiş, interyerə peşəkar baxışdır. Studiyamızda yaradılan interyerlər – hər zaman yüksək layihələndirmə keyfiyyəti və unikal dizayn deməkdir. Biz istənilən büdcə ilə və demək olar ki, istənilən üslubda işləməyi bacarırıq. Hər bir halda siz, öz istəklərinizə əsaslanmış fərdi həll əldə edəcəksiniz. Bu – ənənəvi klassik interyer, təmtəraqlı ar deko, funksional müasir üslub və ya təvazökar Skandinaviya üslubu ola bilər – nəticə Sizi sevindirəcək və yüksək icra edilmə keyfiyyəti ilə qonaqlarınızı təəccübləndirəcəkdir.

Eld-ART dizayn studiyasının xidmətləri

Həmçinin, bizim dizayn studiyamızda başlanılan işi məntiqi sonuna çatdırmaq qəbul edilmişdir – biz dizayn - layihənin işlənib hazırlanması ilə kifayətlənmirik, savadlı müəllif nəzarəti bütün dizayner həllərini layihəyə tam müvafiq olaraq həyata keçirməyə imkan verir. Kompleks yanaşma – dizayn - layihə, müəllif nəzarəti, komplektləşdirmə, dekorlaşdırma – istənilən tapşırığın lazımi səviyyədə yerinə yetiriləcəyinə zəmanət verir. Biz studiyanın - yüksək sinifli interyerlər - devizinə son dərəcə dəqiqliklə əməl edirik. Əgər sizə mənzilin, evin, ofisin, mağazanın təmir edilməsi və tərtibatı lazımdırsa və siz nədən başlayacağınızı bilmirsinizsə, əgər siz dizayn - layihənin işlənib hazırlanması üçün dizayn studiyası axtarışındasınızsa – o zaman doğru ünvana müraciət etmişsiniz. Sizin layihə üzərində aşağıda sadalananlardan ibarət peşəkarlar komandası işləyəcəkdir:

  • məkanı savadlı planlaşdıracaq olan dizayner və memardan;
  • interyerə “həyat verən” və Sizi çoxsaylı şou–rumları ziyarət etmək məcburiyyətindən azad edən dekoratordan;
  • bütün tikinti normalarına əməl olunmasına nəzarət edəcək olan layihənin baş memarından;

Dizayn-layihə

  • Məhz arzu etdiyiniz interyer dizaynını əldə etmək
  • Layihənin dəqiq smetasını tərtib etmək
  • Təmirin müddətlərini müəyyənləşdirmək
  • Mümkün yenidən planlamaları rəsmi razılaşdırmaq
  • hər bir layihənin qiyməti fərdidir və Sizin dizayn barəsindəki istəklərinizə əsasən müzakirə olunur.

Mənzilin 3D dizaynı

  • Hələ tikinti işlərinə başlamadan düzəlişlər etmək. Bu, Sizi 100% qane edən nəticəyə nail olmağa imkan verəcəkdir.
  • Təmirin dəyərinin daha dəqiq hesablanmasını əldə etmək. Siz hər bir şeyi hesablaya bilərsiniz: bəzək materiallarından tutmuş mebel və aksessuarların dəyərinə qədər.
  • İnşaat işçilərinin külli miqdarda suallarından can qurtarmaq.

Müəllif nəzarəti

  • işlərin nəticələrinin daha əvvəl hazırlanmış dizayn – layihəyə uyğun olmasına nəzarət;
  • iş icraçısı ilə şəxsən və telefon rabitəsi ilə ünsiyyət (hər bir mərhələ barəsində məsləhətlər);
  • layihənin şərtlərinin dəyişməsi ilə əlaqədar ona düzəlişlərin vaxtlı-vaxtında edilməsi;
  • sifarişçinin xahişi və tapşırığı üzrə bəzək materiallarının və avadanlığın tədarükünün sifarişi və ona nəzarət;
  • bütün dekorasiya elementlərinin (şəkillər, pərdələr və digər) interyerdə yerləşdirilməsi.

Dekorator xidmətləri

  • müxtəlif interyer əşyalarının, aksessuarların və digər dekorasiya elementlərinin;
  • masaüstü lampaların, çilçıraqların, braların, torşerlərin və digər tipli işıqlandırma cihazlarının;
  • pərdələrin, rolletlərin, qardinlərin, jalüzlərin, tekstilin və s.
  • yataq örtüklərinin, süfrələrin, dekorativ yastıqcıqların və yataq dəstlərinin;
  • rəsmlərin, vazaların, heykəltəraşlıq əsərlərinin, reproduksiyaların və bənzər malların.
  • Mühüm cəhət – bu xidmətə sizin interyerin dizayn-layihəsinin işlənib hazırlanması və 3D vizuallaşdırma daxil deyildir.
  • Qiymət: fərdidir və birbaşa olaraq layihənin miqyaslarından asılı olacaqdır.

Təmir – inşaat işləri

  • İxtisaslı inşaatçılar və layihələndiricilər tərəfindən həyata keçirilən keyfiyyətli təmir.
  • Dizayn – layihənin dəqiq vaxtında həyata keçirilməsi.
  • İşlərin özünü yaxşı tanıtmış, zamanla və birgə reallaşdırılmış layihələrlə sınaqdan keçmiş briqadalar tərəfindən yerinə yetirilməsi.