Elatus Modalar Evi müasir geyimlərin professional tikilişi ilə məşğul olan bir Azərbaycan şirkətidir. Şirkətimiz yarandığı ilk gündən etibarən sizlərin zövqünü nəzərə alıb dünya moda yeniliklərini Azərbaycana gətirdi.Bununla da hər bir müştərimiz ən son dəblə geyinmək fürsəti əldə etdi.
Hər bir sifarişə böyük zövqlə və fərdi yanaşan peşəkar dərzilərimiz sizin əhvalınızı daim xoş edəcək geyimlər yaratmaqla sizləri digərlərindən fərqləndirəcəklər. Siz tam fərqli görünəcək, özünüzü daim yüksəkdə hiss edib lovğalanacaqsınız. “Elatus” sözünün elə mənası da lovğa, özündən razı deməkdir. Bizim tikdiyimiz geyimləri geydikdən sonra bu hissləri yaşayırsınızsa deməli nəisə edə bilmişik.
Bütün parçalarımız Avropadan (İtaliya, İngiltərə, Fransa, Polşa, Almaniya, Türkiyə və s.), Asiyadan (Dubaydan, Tailanddan, Çindən) və digər ölkələrindən gətirilir. Geyimlər əsasən Avropadan gətirilmiş müxtəlif çeşidli və sıxlıqlı parçalardan tikilməklə yanaşı onların astarları ən məhşur Tailand və Çin ipəklərindəndir.Geyimlər ən son model avadanlıqda tikilir və ütülənir.Ən dəbli klassik kostyumlar, bəyliklər, ziyafət geyimləri, idman üslublu paltarlar, uşaq paltarları, qadın paltarları tam fərqli qaydada və formada yalnız Elatus Modalar Evində tikilir.Son zamanlar televiziya məkanında ən reytinqli verlişlərdə aparıcıların, estrada ulduzlarımızın, tanınmış şəxslərin və işgüzar insanların geyimləri yalnız Elatusdandır.
Elatus Modalar Evində Siz istənilən tədbir üçün kişi, qadın, uşaq paltarları sifariş edə bilərsiniz. Bundan əlavə Elatus Modalar Evində hazır aldığınız geyimləri öz ölçülərinizə uyğunlaşdıra və çoxdan geymədiyiniz paltarlara yeni nəfəs verə bilərsiniz. Dəri, nubuk və digər üst geyimlərinin rekonstruksiyası, restovrasiyası, rənglənməsi, ütülənməsi və xırda ləkələrinin təmizlənməsi də bizim xidmətlərimizdəndir.