Elektron Hesablayıcı Maşınlar zavodu SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli, 944 nömrəli qərarı ilə yaradılmış, tikintisi 1972-1986-cı illərdə aparılmışdır.1993 – 2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir.
2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir.Elektron Hesablayıcı Maşınlar zavodu yaradıldığı zaman vahid seriyalı (EC-1010-1061) elektron-rəqəm hesablama maşınlarının tərkibinə daxil olan elektron və elektromexaniki qurğuların hazırlanması üzrə ixtisaslaşmışdı.
Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyət istiqamətləri
- Elektron aparatların və qurğuların istehsalıElektromexaniki və mexaniki qurğuların istehsalıElektrik avadanlıqlarının istehsalı
- Elektrotexniki qurğuların və su təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı
- Lokomotivlərin avtomatik bloklarının istehsalı
- Sənaye və məişət cihazlarının istehsalı
- Ağac emalı
- Texnoloji tərtibatların və alətlərin hazırlanması
EHM zavodunun texnoloji imkanları aşağıdakılardır:
Mexaniki yığma sahəsi:
- müxtəlif materiallardan olan detalların mexaniki emalı
- dairəvi şlifləmə
- qaz mühitində yarımavtomat qaynaqlama
Karkas ştamplama və qaynaqlama:
- pressləmə soyuq ştamplama
- arqon-qövs qaynağı
- qövs qaynağı
- qaz qaynağı
- Metalların, alətlərin və tərtibatların termiki emalı
- Əlvan metalların, rezin və plastik kütlələrin tökülməsi və emalı
- Ağac emalı
Qalvanik emal:
- misləmə
- kimyəvi oksidləmə
- sinkləmə
- xromlama
- anodlama
- passivləşdirmə
- Lak-boya ilə örtükləmə.
Alət istehsalı:
- ştampların və pres qəliblərinin istehsalı
- alət və tərtibatların hazırlanması
- Qeyri-standart avadanlıqların hazırlanması
Metroloji nəzarət:
- zərbə və rəqsi sınaq parametrlərinin təyin edilməsi
- elektrik və radioelektrik ölçmələri
- kütlə, qüvvə və təzyiq ölçmələri
- sürət, təcil və zaman ölçmələri
- iqlim və metroloji sınaqlar.