Eden Park Hotel xəritədə

Eden Park Hotel

İlisu Kəndi, Qax AZ1000 *** 0 səs

Eden Park Hotel haqqında

“Eden Park Hotel" -Respublikamızın Qax rayonunda, İlisu kurort zonasında yerləşən elit istirahət zonasıdır. Bu zonanın qeyri-adiliyi onun yalnız sehirli təbiətində və Böyük Qafqazın mikroiqlimində deyil, həm də burada təklif edilən yüksək səviyyəli xidmətindədir. Kompleksin ərazisində gözəl təchiz edilmiş kotteclər, örtülü çardaqlar var. Nömrələrdə bütün zəruri avadanlığı olan vanna otaqları, minibar, peyk televiziyası və telefon var. Yataq otağı və qonaq otağı lazımlı mebellə təchiz edilib.

Eden Park Hotel Sizin seçdiyiniz məkan

Kompleksin həyəti axşam istirahəti üçün əla məkandır. Yaşıl meşələrin əhatəsində burada taxta çardaqlar, skamyalar var. Maraqlı vaxt keçirməyiniz üçün bir çox əyləncələr, bilyard da var. Eden Park Hotel -dağ gəzintisini sevənlər və unudulmaz istirahət etmək istəyənlər üçün əsl cənnətdir. Bu romantik məkanda yaxşı bal ayı keçirə və ya ailəvi istirahət edə bilərsiniz. Burada bir dəfə istirahərt etdikdən sonra siz dəfələrlə burada istirahət etmək istəyəcəksiniz. Qaxda, Eden Park Hotel-də dincələrək iş günlərini unudun və təbiətin gözəlliyindən, dağ havasından, zövq alın.