E-Smeta xəritədə

E-Smeta

Bakı AZ1000 *** 0 səs

E-Smeta haqqında

Azərbaycanın internet məkanında ilk dəfə olaraq ev təmiri xərclərini hesablayan online kalkulyator istifadəyə verilib. www.e-smeta.az saytının kalkulyatoru istifadəçinin təmir xərcləri ilə əlaqədar bütün sorğularına cavab verir. Kalkulyator vasitəsilə hər şəxs özünə uyğun döşəmə, divar, tavan , santexnika və elektrik materiallarını seçməklə təmirə xərclənəcək vəsaiti dəqiq öyrənə bilər. Onlayn xidmət sayəsində istifadəçilər təmir smetasını tam pulsuz əldə edirlər, halbu ki, özəl şirkətlərə smeta tərtibi üçün müraciət edən insanlar adətən buna görə müəyyən vəsait ödəməli olurlar.

E-Smeta sizin On-line Təmir Kalkulyatorunuz. Ustaları nəzarət edin!

Öz təmir xərclərini hesablamaq istəyən şəxs sadəcə saytın cədvəlindəki xanaları ardıcıl doldurmalıdır. Kalkulyator vətəndaşlara istifadə olunan materiallardan , evin sahəsidən və digər parametrlərdən asılı olaraq iş həcmini və təmir xərclərini necə dəyişdiyini görməyə də yardım edir. Yeni onlayn xidmət Azərbaycanda təmir şirkətləri, fərdi ustalar, xüsusən də öz evlərini təmir etmək istəyən sıravi vətəndaşların yardımına gələcək. Artıq vətəndaşlar təmirə başlamadan öncə öz gələcək xərclərini hesablayacaq, həmçinin qeyri-peşəkər ustalarla üzləşmək və şişirdilmiş xərclər riskini minimuma endirəcəklər.

Həmçinin, www.e-smeta.az saytı münasib şərtlərlə peşəkar təmir-tikinti briqadaları və ya fərdi ustaları vətəndaşlara tövsiyyə edə bilər. Sadəcə öz əlaqə nömrəsini qeyd edərək maksimum 1 iş günü ərzində seçilmiş mütəxəssislər müştəri ilə əlaqə saxlayıb təmir edilməli olan mənzilə baş çəkəcəklər. Bu xidmət də istifadəçilərə pulsuz təqdim olunur.

Bundan başqa,yeni onlayn xidmət sayəsində peşəkar ustalar xüsusi anketi doldurub iş tapmaq şanslarını yüksəldəcəklər. Belə ki, iş axtarışında olan ustaların anketləri tikinti-təmir şirkətlərinə tövsiyyə ediləcək.
Bu layihənin təsisçisi və ideya müəllifi Anar Abbasovdur. Sayt encoder.az şirkətinin mütəxəssisləri Əli Abbasov və Ceyhun Aşurbəyov tərəfindən hazırlanıb.