Duz restoranının menyusu misilsiz, peşəkar işi ilə fərqlənən aşpazlar tərəfindən hazırlanır. Restorana gələn qonaqların həm uzaq şərq, həm də avropa mətbəxinin birgə kombinasiyasından olan ləziz təamlarını dadmaq imkanı var.
“Business Lunch”la həftə içi hər gün yenilənən menyudan nahar üçün yüngül qəlyanaltılar, “sifariş yeməklər”lə heç vaxt dadmadığınız inqridiyentlərlə birlikdə uzaq bölgələrdə hazırlanan yeməklər, müxtəlif növ içkilər (ağ və ya qırmızı şərab, whiskey, liqueur, brandy, tequila, champagne və.s) və qəlyan xidmətinizdədir. Klassik mətbəxin universal yeməklərindən “balıq dolması”, “heyratı xoruzun soyutması”, “səbzi plov”, “qaxac ətindən şorba”, “duzda balıq” və yapon mətbəxinin incilərindən sayılan “Suşi” (Sushi rolls, maki, niqiri) ovqatınızı təmamilə dəyişəcək.
Duz restoranına gələn qonaqların estetik ruhunu təmin edən yerli rəssamların əl işlərindən ibarət incəsənət qalereyası da sərgilənir.Qəyyur Yunus, Mir Nadir, Rəşad Mehdiyev, Ramal Kazımov, Vüsal Rəhim, Könül Kəngərli, Vüqar Muradov, Zakir, Kamal, Səttar Bəhlulzadə, Xalidə Səfərova və digər rəssamların müəllifi olduğu bu əsərlər işgüzar naharların, ailəvi yığıncaqların, korporativ bayramların və şam yeməklərinin rahat interyerdə, xoş atmosferdə davam etməsi üçün nəzərdə tutulub. Əsərlərin restoran müştəriləri tərəfindən auksiona çıxarılması da mümkündür. Bundan əlavə, xüsusi görüşlər üçün banket zallarını da öncədən sifariş edə bilərsiniz.