Xəzər Universitetinin nəznində Dünya Təhsil müəssəsi xəritədə

Xəzər Universitetinin nəznində Dünya Təhsil müəssəsi

Bakı, Nəsimi rayonu, Əcəmi Naxçıvani küçəsi, Azadlıq prospekti, 9 AZ1000 *** 9 səs

Xəzər Universitetinin nəznində Dünya Təhsil müəssəsi haqqında

“Dünya” məktəbi 1998-ci ilin sentyabrında Xəzər Universitetinin nəzdində yaradılmışdır. “Dünya” məktəbi müasir təlim-tərbiyə ocağı kimi Azərbaycan Respublikası Təhsil Nazir-liyinin lisenziyası (# 019019) əsasında fəaliyyət göstərir. Xəzər Universitəsi məktəbin hədəfləri, vəzifə və məqsədinin müəyyən olunmasında, tədris plan və proqram-larının hazırlanmasında, eləcə də ləyaqətli və peşəkar pedaqoji və inzibati işçilərin seçilməsində həlledici rol oynayır. Bir sözlə, Xəzər Universiteti məktəbin bu günü və gələcəyi üçün düşünən və çalışan, “Dünya” məktəbinə hamilik edən bir təşkilat rolunu öz üzərinə götürmüşdür.

Xəzər Universitetinin Dünya məktəbi və məktəbəqədər təhsil müəssəsi

“Dünya” məktəbində gözəl iş şəraiti və mənəvi mühit hökm sürür. Zəngin və rahat kitabxana, müasir kompyuterlər, laboratoriyalar, işıqlı və geniş sinif otaqları, incəsənət studiyası, müasir işıq və səs sistemi olan yaraşıqlı konsert salonu, idman zalı, yeməkxana, həkim nəzarəti, şagirdlərin evdən məktəbə, məktəbdən evə hərəkətini təmin edən nəqliyyat xidməti, yüksək səviyyəli müəllim və inzibatçılar və s. məktəbi bənzərsiz bir təhsil ocağına çevirmişdir.Təhsil həftəsi 5 günlükdür. Şənbə günü dərsdənkənar dərnəklər fəaliyyət göstərir, mədəni və əyləncəli tədbirlər və görüşlər təşkil olunur. Şagirdlər səhər saat 8:30-dan axşam saat 16:00-a qədər məktəbdə olurlar.