Villovdale Ontario-dan olan Kanadalı əkiz qardaşlar Dean və Dan Caten 1984-cü ildən etibarən beynəlxalq moda biznesində fəaliyyətə başlamışlar. 1994-cü ildə kanadalı dizaynerlər ilk kişi kolleksiyalarını nümayiş etdirdilər. Bu, moda və musiqini birləşdirən , bundan sonra da uzun müddət davam edən podyum şoularının birinci çıxışı idi və dünya jurnalistləri və alıcılarının diqqətini cəlb etmək məqsədi daşıyırdı. Kanada zəkası və İtaliya dərziliyinin ağıllı surətdə vəhdəti detallara diqqəti çəkmişdir. Bütün bunlar Dsuared2 fəlsəfəsinin özülünü təşkil edir və alternativ dəbdəbənin vahid konseptinə həyat vermişdir. Keçən bir neçə ildə Dsqured2 brendin kreativ köklərinə sirayət etmiş cəzbedici və provokativ xüsusiyyətləri qoruyub saxlamaqla, daha cazibədar olmuş və təkmilləşmişdir.