Dry Ice Tech xəritədə

Dry Ice Tech

Heydər Əliyev prospekti, Xırdalan, 14 AZ1000 *** 1 səs

Dry Ice Tech haqqında

“DRY ICE TECH” şirkətinin əsası 2009 – cu ildə qoyulmuşdur, sənaye və gündəlik həyatın bütün sahələrində və sferalarında müasir texnologiyaların tətbiqi üzrə fəaliyyət göstərir. Bu məqsədlə satış üç əsas istiqamət üzrə aparılır: maye karbonat turşusunun istehsalı və satışı ilə – Liquid Co2, quru buz sıxma metodu ilə maye karbonat turşusundan hazıralama yolu ilə – Dry Ice, eyni zamanda quru buz ilə yeni təmizləmə texnologiyası ilə - Dry Ice Blasting. Şirkət tərəfindən təklif olunan quru buz dənəvər formasına malikdir. Hər şeydən əvvəl, ondan tibbdə, qida sənayesində, eyni zamanda digər sahələrdə istifadə olunur. Əminliklə və dinamiki olaraq inkişaf edən “DRY ICE TECH” şirkəti öz fəaliyyətini qarşıya qoyulan məqsədə çatmaq üçün istiqamətləndirir – müştərilərə yüksək keyfiyyətli, onların tələblərinə tam uyğun olan məhsul və xidmətlərin təqdim olunması. Öz işində, şirkət xaricə idxal olunan yüksək texnoloji avadanlıqları istismar edir, müasir texnologiyalardan və resseptlərdən istifadə edir. Bütün bunlar insanların sağlamlığı və ətraf mühit üçün təqdim olunan xidmətlərin tam təhlükəsizliyini və yüksək keyfiyyət səviyyəsini təmin etməyə imkan verir. “DRY ICE TECH” şirkətinin fəaliyyəti uzun müddətli və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına istiqamətlənib. Bu cür partnyorluq çərçivəsində, müştərilər üçün bizim şirkətin məhsullarınmı almaq daha faydalı olur. Axı şəxsi istehsalın təşkili vasitəçilərin qiymətləri olmadan müvafiq qiymətə buzun satılması imkanını təmin edir. Bundan başqa, hazırki vəziyyətdə eyni zamanda hüquqi şəxslər üçün nəzərdə tutulan endirim sistemi də təsir edir. “DRY ICE TECH” firmasında siz istənilən həcmli məhsul ala bilərsiniz, biz isə, öz növbəmizdə sizin aldığınız məhsulun ən qısa müddətdə çatdırılmasını təmin edəcəyik. Yüksək ixtisaslı heyət hər bir müştəriyə yüksək səviyyəli xidmət göstərir, sifariş əsasında Sizin tələblərinizi nəzərə alaraq düzgün seçim etməkdə Sizə yardım edir və bütün yaranan sualları cavablandırır. Şirkətin fəaliyyətinin əsas prinsipləri etibarlılıq, məsuliyyət və stabillikdir. Şirkət quru buz və Liquid CO2 məhsullarının lazım olan müsəssisəyə operativ və fasiləsiz təchizini keyfiyyətlə təmin edirdi.