DNS Computers Service xəritədə

DNS Computers Service

Bakı, Nəsimi rayonu, Fətəli xan Xoyski küçəsi, 34 AZ1000 *** 0 səs

DNS Computers Service haqqında

“DNS Kompüterləri“ MMC şirkəti Azərbaycanın kompüter texnologiyaları sferasında aparıcı brendlərdən biridir. Şirkətin fəaliyyətinin əsas istiqaməti kompüter avadanlıqları və proqram təminatının satışı və servisi üzərində köklənmişdir.Hazırda “DNS Computers” korporativ saytında yerləşən internet-mağaza, Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən 10 mağaza, ikinci sənayə şəhəri hesab olunan Sumqayıtda yerləşən 3 mağaza, həmçinin ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən onlarla nümayəndəlikləri ilə əhaliyə xidmət göstərir.

DNS Computers mağazaları

Mağazalarda kompüter texnologiyalarına aid geniş çeşiddə məhsullar, o cümlədən kompüterlər, noutbuklar, kompüter aksessuarları və periferiya, həmçinin audio, foto və video texnika,mobil telefonlar müştərilərə təqdim olunur. Mağazalarda alış şərtlərini rahatlaşdırmaq məqsədilə “DNS Computers” Bank Of Baku və Flexy Kredit ilə istehlak kreditləri sahəsində sıx əməkdaşlıq edir. Uğurlu əməkdaşlıq təcrübəsi sayəsində DNS Computers hazırda əməkdaşlıq etdiyi hər 2 bankın ən əlverişli kredit şərtlərini müştərilərinə təqdim etmək imkanına malikdir.

“DNS Computers”-in rəqabətli üstünlüklərindən biri də şirkət əməkdaşlarının, xüsusilə də satış məsləhətçilərinin peşəkarlığı, biliyi və təcrübəsidir. Düşünülmüş və uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə söykənən insan resursları siyasəti DNS Computers-də uğura istiqamətlənmiş təcrübəli komandanın formalaşması üçün əlverişli zəmin yaratmışdır.Müştərilərin ehtiyaclarının qarşılanması istiqamətində hərtərəfli fəaliyyəti ilə yanaşı, “DNS Computers” korporativ idarəetmənin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verir. Bununla bağlı aparılan məqsədyönlü işin nəticəsi olaraq şirkət 2009-cu ilin əvvəllərində ISO 9001-2008 beynəlxalq keyfiyyət idarəetməsi sertifikatına layiq görülmüşdür.