DMI Azerbaijan xəritədə

DMI Azerbaijan

Bakı, Nəsimi rayonu, Nizami küçəsi, 203/3 AZ1000 *** 1 səs

DMI Azerbaijan haqqında

DMI Azerbaijan İrlandiyanın və Avropanın Digital Marketinq sahəsi üzrə ən nüfuzlu Digital Marketing İnstitute-nun (DMI) Azərbaycan üzrə rəsmi Tərəfdaşıdır. Digital Marketing Institute və Azərbaycan Marketinq icması MAK.az-ın birgə layihəsi olan DMI Azerbaijan ölkəmizdə Digital Marketing üzrə ilk beynəlxalq sertifikat təqdim edən tədris müəssisəsidir. Digital Marketing İnstitutunun rəsmi tədrisçisi sertifikatını almış yerli digital marketinq mütəxəssisləri tərəfindən keçirilən “Profesional Diploma in Digital Marketing” kursunda digital marketinqin bütün elementləri öz əksini tapmışdır. Bu kurs aşağıdakı sessiyaları əhatə edir:

  • Introduction to Digital Marketing
  • Search Engine Marketing
  • Search Engine Optimization
  • Display Marketing
  • Email Marketing
  • Social Media Marketing
  • Mobile Marketing
  • Web Analytics
  • Strategy & Planning

DMI - Digital Marketing İnstitutu

Tədris kursu Azərbaycan dilində keçirilir və 10 həftə ərzində davam edir, lakin digital marketing ilə əlaqəli terminlər və iştirakçıların əldə edəcəkləri pulsuz əyani vəsaitlər İngilis dilində olacaqdır. Professional Diploma in Digital Marketing tədris kursunun qiyməti 999 AZN-dir. Bu məbləğə:

  • Təqdim edilən əyani vəsaitlər (dərs materialı)
  • Sertifikatlaşma üçün imtahana buraxılış (bir çox kurslarda bu ödənişlidir)
  • DMİ Azərbaycanın növbəti keçirəcəyi kurslarda dinləyici kimi iştirak etmək hüququ daxildir.

Öz dəyərli müştərilərimizin ehtiyaclarını nəzərə alaraq bir neçə ödəmə imkanını təklif edirik.Qrup halında gələn müştərilərə aşağıdakı endirimlər edilir:

  • Eyni şirkətdən 2 nəfər olduqda hər iştirakçıya 10 % endirim
  • Eni şirkətdən 4 nəfərə qədər gəldikdə hər iştirakçı üçün 15% endirim
  • Eyni şirkətdən 6 nəfərə qədər gəldikdə hər iştirakçı üçün 20 % endirim.