Divi Servis xəritədə

Divi Servis

Bakı, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 89 AZ1022 *** 0 səs

Divi Servis haqqında

DiVi” şirkəti 1994-cü ildə təsis edilən, Azərbaycanın və Cənubi Qafqazın ərazisində enerjili, dinamik inkişaf edən müəssisədir. “DiVi” şirkəti daim təkmilləşərək dinamik IT bazarında müştərilərin və partnyorların artan tələblərinə əsasən məhsullarını yeniləyir. Çoxillik müvəffəqiyyətli fəaliyyət və dinamik inkişafın sayəsində “DiVi” şirkəti müştərilərə daimi xidmət sistemini, yüksək ixtisaslı heyyət və partnyorların biznes ehtiyaclarına əsaslanan şəxsi prinsiplərini inkişaf etdirdi. Bizim əsas hədəfimiz – şirkətin məhsulunu istehlakçılar üçün əlçatan etməkdir.

Şirkət Azərbaycan və Cənubi Qafqaz ərazisində İT avadanlıq və texnologiyalara əsaslanan bir çox layihələrdə iştirak etmişdir .“DiVi” şirkətinin portfoliosuna dünyada liderlik edən – Epson, HP, Lenovo, Canon, Sony, Kingston, APC, PocketBook, iLIFE kimi və sair şirkətlərin məhsulları daxildir . Şirkətimiz AV avadanlıq üzrə Sony, Pioneer, Orion Electronics kimi şirkətlərlə partnyorluq edir.

DiVi şirkətinin servis mərkəzi

“DiVi” şirkətinin servis mərkəzi şirkətin və ya onun əməkdaşlıq şəbəkəsinin fəaliyyəti çərçivəsində çatdırılan məhsulun bütün çeşidləri üzrə xidmət göstərir.Əldə edilmiş analoji avadanlığın təmir və servis xidməti ticari əsasla həyata keçirilir. Həmçinin sıx əməkdaşlıq yaradılan digər istehsalçıların analoji avadanlığının təmiri mümkündür. “DiVi” şirkətinin servis mərkəzi Canon, PocketBook, APC, Lenovo, Pioneer, iLIFE və digər dünya istehsalçıları tərəfindən avtorizasiya keçib.

  • Zəmanətli xidmət
  • Zəmanətdən sonrakı xidmət
  • Servis dəstəyi
  • Müqavilə üzrə xidmət
  • Proqram təminatının yüklənməsi
  • Korporativ şəbəkənin diaqnostikası, quraşdırılması və sazlanması
  • Serverlərin və məlumat bazalarının quraşdırılmsı və texniki qulluq
  • Videokonfrans sistemlərinin yaradılması
  • Müşahidə kameralarının quraşdırılması
  • Mini ATS , İP telefoniyanın quraşdırılması və sazlanması
  • İnteraktiv təhsil sistemlərinin yaradılması və texniki qulluq

Xidmət edilən avadanlığın tipləri:

  • Orqtexnika – printerlər, surətköçürmə avadanlıqları, faks aparatları, ATS və stasionar telefon aparatları
  • Enerji mənbələri – akkumulyatorlar və fasiləsiz enerji mənbələri (UPS)
  • Periferiya avadanlıqı – monitorlar, modem, oyun cihazları, şəbəkə cihazları və s.
  • Kompyuterlər, notbuklar, sistem blokları, monobloklar və serverlər
  • Fotoapparatlar və videokameralar