Direct Flyer xəritədə

Direct Flyer

Bakı, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 88A AZ1012 *** 5 səs

Direct Flyer haqqında

Direct Flyer şirkəti qurulduğu gündən etibarlı şəkildə reklam vasitələrinin (broşür, flayer, buklet və s.) paylama xidmətini göstərir. Dürüstlük, güvən və çalışqanlıq prinsipləri üzərində qurulan şirkətimizin uğuru müştərilərimizin uğuruyla ölçülməkdədir. Müştərilərimizə fəaliyyət göstərdikləri sahədən asılı olmayaraq reklamlarını istəklərinə uyğun olaraq hədəf kütləsinə çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Biz bir çox yerli şirkətlərlə əməkdaşlıq edirik və müştərilərimizin məmnunluğu bizi işimizdə daha uğurlu olmağa sövq edir. Direct Flyer olaraq, sizə peşəkar xidmət göstərməklə sizin güvənli tərəfdaşınız olmaqdan qürur duyuruq!

Xidmətlərimiz

Bəlli hədəf kütlələrinə müxtəlif reklam üsullarıyla çatmaq olar. Ancaq müasir zamanda daha effektli nəticlər verən üsullardan biri düzgün şəkildə həyata keçirilən reklam vasitələrinin paylanılmasıdır. Çünki hədəf kütlələri birbaşa olaraq məlumatlandırılır.Direct Flyer olaraq, sizə peşəkar şəkildə aşağıdakı xidmətləri təklif edirik.

  • Ev-mənzil - Əvvəlcə paylanılacaq olan ərazilər (prospekt, küçə, məhəllə) və həmin ərazi üçün broşür sayı müəyyən olunur. Bu paylama üsulu reklam vasitələrinin poçt qutularına atılmaqla , qapı barmaqlıqları və tutacaqlarına keçirilməklə həyata keçirilir. Günün və işin sonunda müştəriyə yazılı hesabat verilir.
  • Əldən paylama - Əldən flayer paylama xidmətimiz insanların sıx olduğu - küçə, metro çıxışları, məktəb və universitet ətrafı və s. ərazilərdə əldən tək-tək paylanılmaqla həyata keçirilir. Müştərilərin istəyinə uyğun olaraq eyni şəkildə promo məhsulların paylanılmasını da təklif edirik.
  • Maşın-avtomobil - Müəyyən olunmuş ərazilərdəki avtopark, yol kənarında dayanmış maşınların şüşə siləcəklərinə reklam vasitələrinin qoyularaq həyata keçirilən xidmət növüdür.
  • Kuryer xidməti - Biz həmçinin öz müştərilərimizə kuryer xidməti, toy, nişan dəvətnamələrinin paylanılması, möhtəbər tədbirlərin reklamlarının , dəvətnamələrinin, bukletlərinin paylanılmasını təklif edirik.