Əsaslı Tikinti İdarəsi haqqında
DİN-in Əsaslı Tikinti İdarəsi - Daxili İşlər Nazirliyi üzrə inşa edilən müxtəlif təyinatlı obyektlərdə sifarişçi funksiyasını yerinə yetirən həmçinin, obyektlərinin əsaslı tikintisini, tikinti obyektlərinə texniki nəzarəti həyata keçirən müstəqil sturuktur hissəsidir.
DİN-in Əsaslı Tikinti İdarəsinin əsas funksiyaları
1.1 Dövlət investisiya xərclərinin sturuktur və təyinatına, eləcə də maliyyələşdirmə mənbəyinə müvafiq olaraq Nazirliyin əlaqədar xidmətləri ilə birlikdə dövlət investisiya xərclərinin planını, tikinti proqramının layihə axtarış işləri planını tərtib edib təsdiq olunmasını təmin edir.
1.2 Layihə-smeta və layihə-axtarış işlərinin hazırlanmasının təşkili, layihə təşkilatları ilə müqavilə bağlanması, hazırlanmış işlərin keyfiyyətinə və tərkibinə görə yoxlanıb qəbul edilməsi, maraqlı təşkilatlarla razılaşdırılması, eləcə də bu sənədlərə baxılıb təsdiq olunmasını təşkil edir.
1.3 Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq tikinti işləri üzrə satınalmaların həyata keçirilməsi üçün tender komissiyasının yaradılması və bu sahədə dövlət satınalmaları prosedurunu təşkil edir.
1.4 Müəyyən edilmiş qaydalara əsasən obyektlərin layihə-smeta sənədlərinin ekspertizasının aparılmasını təmin edir.
1.5 Tikinti aparılması üçün torpaq sahəsi (naturada) ayrılmasını sənədləşdirmək və bu sənədləri müvafiq aktla tikinti təşkilatına verilməsini təmin edir.
1.6 Bina və qurğuların tikintisi və istismarı müddətində su, elektrik, qaz, telekommunikasiya və başqa kammunikasiya xətlərinə qoşulan avadanlıqların quraşdırılması, sənədləşdirilməsi ilə bağlı məsələlərin razılaşdırılmasını təmin edir.
1.7 İnşa edilən obyektlərin təsdiq edilmiş layihə-smeta sənədlərinin və qüvvədə olan normativ sənədlərin tələblərinə əməl olunmaqla aparılmasına və bütövlükdə tikinti işlərinin gedişinə nəzarəti təşkil edir.